Məhkəmə qərarları › İş №8(078)-35/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-35/2024

21.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-35/2024 21.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3, tələbkar Orucova (Oba) Aynur Həsən qızının, Borclu və tərcüməçi X2 iştirakları ilə, Tələbkar Orucova (Oba) Aynur Həsən qızının Borclu qarşı nikahın pozulması, alimentin tutulması və nikahın pozulmasından sonra uşaqların hansı valideynin yanında qalması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 851/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 29 iyul 2019-cu il tarixdən hesablanmaqla, Borclu bir uşağa 154 (yüz əlli dörd) manat olmaqla üç uşağa görə cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimentin tutularaq 29 iyul 2004-cü il təvəllüdlü Borclu, 09 dekabr 2005-ci il təvəllüdlü X4 və 09 iyul 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün anaları X18 ödənilməsi qət edilmişdir. 15 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X7 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1972-ci ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 29 iyul 2019-cu il tarixdən hesablanmaqla bir uşağa görə 154 manat olmaqla, üç uşağa görə cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq 29 iyul 2004-cü il təvəllüdlü X10, 09 dekabr 2005-ci il təvəllüdlü X11 və 09 iyul 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar Oba (Orucova) Aynur Həsən qızının xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədinin xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu, qanunamüvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə xx.xx.2023-cü il tarixdə Borclu göndərildiyini, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilmədiyindən “İcraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icrası barədə” bildirişlə Borclu tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin Borclu tələbi tam təmin etmədiyini, 01 aprel 2024-cü il tarixədək 2464 manat məbləğində aliment borcu yarandığını, borclu tələbi könüllü təmin etmədiyindən barəsində məcburi icra tədbirləri təyin edildiyini, icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak-mülk müəyyən edilmədiyini, yuxarıda göstərilənləri nəzərə alaraq icra sənədi üzrə tələbi tam təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbirinin tətbiq edilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X9 borcluya hər dəfə icraata başlamaq haqqında qərar verməli olmadıqlarını, məhkəmə qərarı ilə uşaqlara aliment müəyyən olunduğunu, borclunun da uşaq yetkinlik yaşına çatanadək alimenti ödəməli olduğunu bildiyini, rəsmi formada borcluya məlumat verildiyini, 2023-cü ilin sentyabr ayı tələbkarın borclunun bir neçə aydır alimenti ödəmədiyini bildirdiyini, onun da borclu ilə əlaqə saxladığını, Borclu uşağının təhsil haqqını ödədiyini bildirdiyini, onun da bunun aliment ödənişini təsdiq etmədiyini bildirdiyini, tələbkar alimenti tələb etdiyi üçün təqdimatla məhkəməyə müraciət etməli olduqlarını bildirərək verilmiş təqdimatın təmin edilməsi və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Orucova (Oba) Aynur Həsən qızı izahatında 3 uşaq böyütdüyünü, ortancıl oğlunun keçən il universitetə qəbul olduğunu, ödənişli oxuduğunu, atası ilə danışdığını, ödənişini onun etdiyini, həmin pulun alimentə aidiyyatı olmadığını, çünki ortancıl oğlunun 18 yaşını tamamladığını, borclunun sadəcə qızı Leyla üçün aliment ödədiyini, ayda 154 manat ödəməli olduğunu, onunda illik cəminin heç ortancıl oğlunun təhsil haqqını qarşılamayacağını, borclunun ona olan borcunun ödənilməsini istədiyini, qızının saxlanılması üçün ödənilməli olan aliment məbləğinin oğlunun təhsil haqqı üçün ödənilmiş alimentə aidiyyəti olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu böyük oğlunun neçə ildir onunla yaşadığını, 2023-cü ilin sentyabr ayında ortancıl oğlunun təhsil haqqı üçün 3000 manat pul verdiyini, bunun alimentə çıxılmalı olduğunu, Vasif Talıbovun qanunsuz hərəkətləri nəticəsində mallarının əlindən aldığını, bununla bağlı prokurorluğa müraciət etdiyini, qarşı tərəfin bundan xəbəri olduğunu, xəstə olduğunu, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ona problem yaradacağını, qeyd olunan alimenti ödəməkdən yayınmaq niyyəti olmadığını, sadəcə bu aralar maddi vəziyyətinin aşağı olduğunu, alimenti ödəməsi üçün bir az zamana ehtiyacı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzürsüz olmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, hazırki təqdimatın təmin olunması üçün lazım olan şərtlərin hamısı mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası üçün bildiriş Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə dərhal icra olunması təklif olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində qeyd olunanlar yerinə yetirilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmlakı və gəlirləri müəyyən edilməmişdir. Borclu əcnəbi şəxs yəni Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə onun barəsində verilmiş təqdimatın təmini ilə bağlı həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun Klark Qordon Morrisin (X23) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Oxşar mövqeləri BMT-nin İnsan Hüquqları Komitəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də ifadə etmişlər. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X6 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun yuxarıda göstərilən qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan “İcra haqqında” Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönələn düzəlişlər paketi çərçivəsində qəbul olunmuşdur (Azərbaycan Respublikası Milli Məclisinin 18 iyun 2010-cu il tarixli iclasının stenoqramı).Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı).Beləliklə, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu hüquqi mövqe həm də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Qeyd olunan Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsi və Təlimatın İİ hissəsində nəzərdə tutulan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar hüquqi müəyyənlik və mütənasiblik konstitusiya prinsiplərinin tələblərinə cavab verdiyindən Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsi və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilməlidir; Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qeyd olunan icra sənədinin vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəkdir. Müvafiq icra sənədi üzrə yaranan borcun məbləği kifayət qədər yüksək olduğundan, həmçinin yaranan borc aliment tələbi ilə əlaqədar olduğundan, uşağın mənafelərinin qorunmasına xidmət etdiyindən məhkəmə hesab edir ki, borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir və ona görə də təqdimat təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmalı; - Orucova (Oba) Aynur Həsən qızının Borclu qarşı nikahın pozulması, alimentin tutulması və nikahın pozulmasından sonra uşaqların hansı valideynin yanında qalması tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 saylı, 26 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1972-ci ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunsun. Orucova (Oba) Aynur Həsən qızının Borclu qarşı nikahın pozulması, alimentin tutulması və nikahın pozulmasından sonra uşaqların hansı valideynin yanında qalması tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 saylı, 26 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1972-ci ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar