Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-35/2025 05.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, X2 iştirakı ilə, X2 sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(078)-586/2021 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 04 noyabr 2014ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün qət edilmiş bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz əlli) manat məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. X4 ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 2013-cu il tarixdə Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladları 04 noyabr 2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 dünyaya gəlmişdir. Ailə münasibətləri normal olmadığından uzun müddət ayrı yaşamışlar. Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(078)-586/2021 nömrəli qətnaməsi ilə 04 noyabr 2014-cü il tarixdə anadan olan X7 və 04 may 2019-cu il tarixdə anadan olan X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz yetmiş) manat məbləğində aliment müəyyən olunmuşdur. Nikahları isə 15 sentyabr 2023-cü il tarixdə pozulmuşdur. Halhazırda həmin məbləğ övladlarının saxlanılması üçün kifayət etmir. Övladları böyüyüb, onun zəruri tələbatları artmışdır. Bəhruz övladlarının tələbatlarına lazimi köməklik etmir. Bu səbəbdəndə aliment məbləğinin artırılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə borclu Cavabdeh məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq borclunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən X4 izahatında 2 uşağı olduğunu, birinin 11, digərinin 5 yaşı olduğunu, balaca oğlunun gözünün görmədiyini, toyuq korluğu olduğunu, günəşdə görmədiyini, qaranlıqda gördüyünü, məktəbdə çətinlik çəkdiyini, lövhəni görmədiyini, heç olmasa yazıb oxumağı öyrənə bilməsi üçün hazırlığa qoyduğunu, kirayədə yaşadıqlarını, 350 manat kirayə haqqı verdiyini, keçmiş həyat yoldaşının ailə qurmadığını, əmək haqqısının yaxşı olduğunu, 2021-ci ildə işləmədiyi üçün alimentin 270 manat müəyyən edildiyini, hal-hazırda Gürcüstanda texniki mühəndis işlədiyini, alimentin minumum əmək haqqına uyğun olaraq indeksasiya olunmasını istədiyini bildirərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(078)-586/2021 nömrəli qətnaməsindən görünür ki, "05” may 2021-ci il tarixdən hesablanmaqla, 04 noyabr 2014-cü il tarixdə anadan olan X7 və 04 may 2019-cu il tarixdə anadan olan X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında alimentin tutularaq, uşaqların anası X9 ödənilməsi və Cavabdeh 23.14 (iyirmi üç manat on dörd qəpik) manat miqdarında rüsumun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).” məzmununda 8.4-2-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə belə qeyd edir ki, 2021-ci il tarixdə minimum əmək haqqı 250 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 135 manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.54 mislini təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(078)-586/2021 nömrəli qətnaməsi ilə 04 noyabr 2014-cü il təvəllüdlü X7 və 04 may 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 270 (iki yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.54 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 sabit pul məbləğində alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(078)-586/2021 nömrəli qətnaməsi ilə 04 noyabr 2014-cü il təvəllüdlü X7 və 04 may 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 270 (iki yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.54 misli həddində indeksasiya edilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-35/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-35/2025
05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver