Məhkəmə qərarları › İş №8(078)-38/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-38/2025

11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-38/2025 11.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1478/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli və tələbkar X1 Borclu qarşı atalığın müəyyən olunması və alimentin tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 2(012)-458/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1478/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixli, RGTK9844745A500 saylı kredit müqaviləsi üzrə 2414.62 (iki min dörd yüz on dörd manat altmış iki qəpik) manat əsas borc və 177.64 (bir yüz yetmiş yeddi manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2592.26 (iki min beş yüz doxsan iki manat iyirmi altı qəpik) manat məbləğində pulun cavabdeh Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Borclu 45.92 (qırx beş manat doxsan iki qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-458/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. 30 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X6 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Abşeron Rayon Məhkəməsinin 2(012)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1478/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 28 noyabr 2018-ci il tarixdən tarixdən hesablanmaqla, hər ay 160 (yüz altmış) manat miqdarında alimentin tutularaq 25 noyabr 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Əliyeva (Bilgin) Röya Məlikəhməd qızının xeyrinə və 2638.18 manat pulun tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli olduğunu, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədləri üzrə xx.xx.2019-cu il və xx.xx.2024-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edildiyini və Borclu tələbin könüllü təmin edilməsinin təklif olunduğunu və bu barədə borcluya bildiriş təqdim edildiyini, bildirişdə tələb könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, Borclu İlham oğlunun xx.xx.2025-ci il tarixədək tələbləri təmin etmədiyini, 2025-ci ilin yanvar ayıda daxil olmaqla tələbkar Əliyeva (Bilgin) Röya Məlikəhməd qızına 3170 manat aliment və Tələbkar Açıq Səhmdar Cəmiyyətinə qalıq 2588.18 manat borcları yarandığını, Borclu əmlak və gəlir vəziyyəti yoxlanılan zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yanında işlədiyi, “mütəxəssis” vəzifəsində aylıq qazancı 500 manat qeyd edilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verildiyi, icra hərəkətləri həyata keçirilərkən borclunun başqa əmlakı müəyyən edilmədiyini, göstərilənlərə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmədən Abşeron Rayon Məhkəməsinin 2(012)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1478/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkarlar Tələbkar Açıq Səhmdar Cəmiyyətinə və X4 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında aliment borcu və banka borcu olduğunu, alimenti Bakı şəhərində işlədiyi müddət ərzində ödədiyini, Bakı şəhərində işlədiyini, sonra işdən çıxıb Naxçıvan şəhərinə gəldiyini, tələbkarın Türkiyə Respublikasında yaşadığını, alimenti ödədiyi hesabın bağlandığını, sonra düzəldiyini, pulu ödədiyini, tələbkarın pulun kartına gəlmədiyini dediyini, tələbkarın Türkiyədə evləndiyini, tələbkarın həyat yoldaşının uşağı döydüyünü, uşağı saxlamağa icazə vermədiyini, tələbkarın ona zəng etdiyini, “uşağa baxa bilmirəm, gəl apar, təhsili yoxdur” dediyini, uşağın 7 yaşı olduğunu, özünün də evləndiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 şəxsin ayda 160 manat aliment ödəməli olduğunu, icra sənədinin Bakı şəhərindən 2024-cü ilin yanvar ayı gəldiyini, icra sənədi gələrkən borclunun 1920 manat borcu olduğunu, icra sənədi daxil olduqdan sonra 3 dəfə ödəniş etdiyini, ən son avqust ayının 12-si 170 manat ödəniş etdiyini, ödədiyini dediyini, ancaq ödəməsini təsdiq edən heç nə təqdim etmədiyini, tələbkarın həqiqətən evləndiyini, uşağı atasına vermək istəməsi ilə bağlı heç bir şey demədiyini, tələbkarın alimenti istədiyini, borclunun banka da borcu olduğunu bildirərək təqdimatın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, hazırki təqdimatın təmin olunması üçün lazım olan şərtlərin hamısı mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası üçün bildirişlər Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarların məzmunundan o da aydın olur ki, borcluya Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1478/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü surətdə 10 gün müddətinə, Abşeron Rayon Məhkəməsinin 2(012)-458/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli icra vərəqəsi üzrə isə dərhal icra olunması təklif olunmuşdur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən, borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində qeyd olunanlar yerinə yetirilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. İş materiallarında olan icra işi üzrə elektron sorğudan görünür ki, borclunun heç bir əmlakı və gəlirləri müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunmalı; -Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1478/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli və tələbkar X1 Borclu qarşı atalığın müəyyən olunması və alimentin tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 2(012)-458/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli icra sənədlərinin icrası ilə bağlı xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1478/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli və tələbkar X1 Borclu qarşı atalığın müəyyən olunması və alimentin tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 2(012)-458/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli icra sənədlərinin icrası ilə bağlı xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar