Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-43/2023 07.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-11/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 11/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxx 1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Tələbkar Açıq Səhmdar Cəmiyyətinə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-11/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxx 1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-11/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu 6707.24 (altı min yeddi yüz yeddi manat iyirmi dörd qəpik) manat əsas və 1063.69 (min altmış üç manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7770.93 (yeddi min yeddi yüz yetmiş manat doxsan üç qəpik) manat məbləğində borcun və 97.70 (doxsan yeddi manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Borclu 27 fevral 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 27 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin Borclu 03 fevral 2023-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-11/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxx 1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-11/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxx 1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-43/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-43/2023
07.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver