Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-44/2022 29.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh Borclu iştirakı ilə, İddiaçı-cavabdeh Borclu cavabdeh-iddiaçı Tələbkar qarşı birgə nikah dövründə qazanılmış əmlakın ½ payın müəyyən olunması tələbinə dair ilkin iddia tələbinə, cavabdeh-iddiaçı Tələbkar iddiaçı-cavabdeh Borclu qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(078)-35/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin izah olunması haqqında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Həsənov tərəfindən verilmiş ərizəyə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Borclu cavabdeh Tələbkar qarşı iddia qaldıraraq birgə nikah dövründə əldə etdikləri 84 adda ev əşyasının bölünərək ona çatan payın və ya həmin əmlakın dəyəri olan 94085 (doxsan dörd min səksən beş) manatın yarısının yəni 47042.50 (qırx yeddi min qırx iki manat əlli qəpik) manatın Tələbkar alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Borclu iddia tələbinin həcmini artırılması barədə ərizə verərək 14 adda əşyanın ilkin iddia tələbinə əlavə edilmədiyini bildirib həmin əşyaların da tələbinə əlavə edilərək birgə nikah dövründə əldə etdikləri ev əşyalarının bölünərək ona çatan payın yarısının və ya həmin əmlakın ümumi dəyəri olan 98440 (doxsan səkkiz min dörd yüz qırx) manatın yarısının 49220 (qırx doqquz min iki yüz iyirmi) manatın cavabdeh Tələbkar alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınaraq tələbə artırılmış həcmdə baxılmasına qərar verilmişdir. Cavabdeh-iddiaçı Tələbkar qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə əldə edilmiş əşyaları göstərməklə, 152 adda cehiz və qızıl əşyalarının ya özünün, ya da 90957 (doxsan min doqquz yüz əlli yeddi min) manat məbləğində dəyərinin, bununla yanaşı birgə nikah dövründə əldə etdikləri əmlakın bölünərək ona çatan payn və ya həmin əmlakın dəyəri olan 31319 (otuz bir min üç yüz on doqquz) manatın yarısının yəni 15660 (on beş min altı yüz altmış) manatın Borclu alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh-iddiaçı Tələbkar qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək ilkin iddia tələbində valideynləri tərəfindən 35 illiyində hədiyyə olunmuş dəyəri 9000 (doqquz min) manat olan 1 dəst brilyant dəst (bir cüt sırğa, 1 boyunbağı, klonla birlikdə, 1 qolbağı və 1 üzüyü) qeyd etmədiyini, bu səbəbdən də tələbin həcminin artırılaraq həmin qızıl əşyasının qiymətləndirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təmin edilmiş, tələbə artırılmış həcmdə baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(078)-35/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilərək Yataq mebeli 2 dəst-dəyəri 230 manat və 1080 manat, mətbəx mebeli 2 dəst –mini mətbəx mebeli dəyəri 80 manat, kabab damı üçün mini mətbəx mebeli-80 manat, soyuducu - 2 ədəd- “Beko” markalı soyuducu (böyük) dəyəri 700 manat, 200 manat, qaz-2 ədəd-dəyəri 110 manat, 150 manat, aspirator- 2 ədəd- dəyəri 170 manat, divan-kreslo-2 dəst–dəyəri 800 manat, 125 manat, Grundig televizor dəyəri 240 manat, LG televizor altı ilə dəyəri, 390 manat, “Beko” markalı televizor dəyəri 230 manat, plazma balaca televizor dəyəri 170 manat, paltaryuyan - 2 ədəd-8 kq, “Blomberg” markalı-380 manat, 300 manat, stol-stul dəsti - 6 dəst dəyəri 200 manat, 25 manat, 800 manat, mətbəx stol stulu 1 dəst-dəyəri 1050 manat, bağça stol-stulu 2 dəst-dəyəri 200 manat, ), qazan - 10 ədəd-dəyəri 4 ədəd 60 manat, 2 ədəd 25 manat, 2 dəst 50 manat, 1 dəst 20 manat, tava - 2 ədəd-dəyəri 28 manat, çaşkanəlbəki - 6 dəst dəyəri 40 manat, tarelka - 30 ədəd-dəyəri 18 manat, xalça-5 ədəd dəyəri 240 manat, 110 manat, 40 manat, 5 ədəd xalça daroşka dəyəri- 350 manat, samavar “Beko”-dəyəri 60 manat, jalüz pərdə - 4 ədəd dəyəri 48 manat, şopen - 3 ədəd –dəyəri 60 manat, 70 manat, 50 manat, dekor işıq divar üçün - 4 ədəd-dəyəri 60 manat, kondisioner - 4 ədəd-dəyəri (2 ədəd böyük 1200 manat, 2 ədəd balaca 550 manat), ütü-Beko markalıdəyəri 35 manat, ayaqqabı şkafı -60 manat, qorka(divara yığılma servant)-400 manat olan (ümumi dəyərinin 11284 (on bir min iki yüz səksən dörd manat olması nəzərə alınaraq) əmlak birgə nikah dövründə əldə edildiyindən həmin əmlaklarda iddiaçı-cavabdeh Borclu ½ hissədə pay hüququ müəyyən edilməsi, dəyəri 1100 manat olan bir dəst uşaq yataq mebeli, 1 ədəd divara yığılma şkafdəyəri 150 manat, 30 ədəd dərin boşqab-dəyəri 24 manat, tava- 3 ədəd dəyəri 60 manat, əlavə 1001 xırdavat-mətbəx xırdavat dəstləri-dəyəri 84 manat, 5 ədəd silikon balınc-dəyəri 30 manat, şopen-dəyəri 50 manat tərəflərin birgə nikah dövründə qazandıqları əmlak hesab edilməklə həmin əmlak üzərində (əmlakların ümumi dəyərinin 1498 (bir min dörd yüz doxsan səkkiz manat) olması nəzərə alınmaqla) Tələbkar və Borclu hər birinin ½ hissədə pay hüququ müəyyən edilməsi, dəyəri 850 (səkkiz yüz əlli) manat olan bir dəst sırğa-üzük dəsti, dəyəri 2530 (iki min beş yüz otuz) manat olan brilyant boyunbağı-klon, dəyəri 4500 (dörd min beş yüz) manat olan brilyant sırğa-üzük, sep, qolbaq dəsti və 1000 (bir min) manat olan bir ədəd kalço və dəyəri 900 (doqquz yüz) manat olan bir ədəd qızıl qolbaq dəstinin özü və ya həmin qızıl əşyalarının ümumi dəyəri 9780 (doqquz min yeddi yüz səksən) manat pul iddiaçı-cavabdeh Borclu alınıb cavabdeh-iddiaçı Tələbkar verilməsi qət edilmişdir. 09 mart 2022-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Həsənov ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin izah edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru ərizəni onunla əsaslandırmışdır ki, icra sənədində Borclu və Tələbkar sözügedən əşyalara ½ pay hüququ müəyyən edilmiş, lakin həmin pay hüquqna aid tələbin icra olunma üsulu və qaydası barədə hər hansı göstəriş qeyd olunmamış, həmçinin əmlakların dəyərinin yarısı göstərilməmiş, əmlakların və ya dəyərinin yarısının tərəflərdən hansından alınaraq digərinə ödənilməsi və həmin əmlakların hal-hazırda tərəflərdən hansının istifadəsində olduğu göstərilmədiyindən icra vərəqəsinin icrasınının mümkünsüzlüyünü bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(078)-35/2021 nömrəli qətnaməsinin icrası ilə bağlı izah verməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni mövcud qətnamə və mülki işin halları ilə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə baxılakən təqdim edilmiş ekspertin rəyinə görə ünvan 1-də olan fərdi yaşayış evində olan əşyaların dəyəri: - Kabab üçün nəzərdə tulumuş tikilidə şkaf moykası ilə birlikdə- 1 ədəd, qiyməti 160 manat, köhnəlməsi 50%, məbləği 80 manat; - “BEKO" markalı soyuducu (böyük), 3 kameralı istismarda olub- 1 ədəd, qiyməti 1400 manat, köhnəlməsi 50%, məbləği 700 manat; - Qaz peçi mətbəx üçün istismarda olub- 1 ədəd, qiyməti 400 manat, köhnəlməsi 50%, məbləği 200 manat; - Aspirator böyük (hava sorucu) istismarda olub- 1 ədəd, qiyməti 340 manat, köhnəlməsi 50%, məbləği 170 manat; - Televizor LG 120 sm (altı ilə) istismarda olub- 1 ədəd, qiyməti 780 manat, köhnəlməsi 50%, məbləği 390 manat; - Televizor Beko 82sm- 1 ədəd, qiyməti 460 manat, köhnəlməsi 50%, məbləği 230 manat; - Televizor Grundig (balaca)- 1 ədəd, qiyməti 480 manat, köhnəlməsi 50%, məbləği 240 manat; -Televizor (balaca) istismarda olub- 1 ədəd, qiyməti 340 manat, köhnəlməsi 50%, məbləği 170 manat; - Divara yığılma şkaf-1 ədəd, qiyməti 300 manat, köhnəlməsi 50%, məbləği 150 manat; - Yataq mebeli istismarda olub- 1 ədəd, qiyməti 1800 manat, köhnəlməsi 40%, məbləği 1080 manat; - Paltaryuyan 8 kq “Blomberg" markalı istismarda olub- 1 ədəd, qiyməti 760 manat, köhnəlməsi 50%, məbləği 380 manat; - Xalça (4x3ölçüdə) istismarda olub- 2 ədəd, qiyməti 240 manat, köhnəlməsi 50%, məbləği 240 manat; - Xalça (3x2ölçüdə) istismarda olub- 2 ədəd, qiyməti 110 manat, köhnəlməsi 50%, məbləği 110 manat; - Stol-stul böyük 7 predme (1 stol 6 stul) istismarda olub-1 dəst, qiyməti 1600manat, köhnəlməsi 50%, məbləği 800 manat; - Stol-stul (balaca) istismarda olub- 1 dəst, qiyməti 400 manat, köhnəlməsi 50%, məbləği 200 manat; - Samavar Beko"(elektirik) istismarda olub- 1 ədəd, qiyməti 120 manat, köhnəlməsi 50%, məbləği 60 manat; - Kondinsioner (böyük) istismarda olub- 2 ədəd, qiyməti 1200 manat, köhnəlməsi 50 %, məbləği 1200 manat; - Kondinsioner balaca “Fuji" istismarda olub- 2 ədəd, qiyməti 550 manat, köhnəlməsi 50%, məbləği 550 manat; - Bağça stol-stulu istismarda olub- 2 dəst, qiyməti 200 manat, köhnəlməsi 50%, məbləği 200 manat; - Şopen (su qızdırıcı) istismarda olub- 2 ədəd, qiyməti 100 manat, köhnəlməsi 50%, məbləği 100 manat; - Divan-kreslo dəsti (balaca) istismarda olub- 1 dəst, qiyməti 1600 manat, köhnəlməsi 50%, qiyməti 800 manat; - Jalüz pərdə istismarda olub- 4 ədəd , qiyməti 20 manat, köhnəlməsi 40%, məbləği 48 manat; - Dayaz boşqab istismarda olub- 30 ədəd, qiyməti 1.50 manat, köhnəlməsi 60%, məbləği 18 manat; - Dekor işiq divar üçün- 4 ədəd, qiyməti 25 manat, köhnəlməsi 40%, məbləği 60 manat; - Qazan (bövük) istismarda olub- 4 ədəd, qiyməti 30 manat, köhnəlməsi 50%, məblği 60 manat; - Qazan (balaca) istismarda olub- 2 ədəd, qiyməti 25 manat, köhnəlməsi 50%, məbləği 25 manat; - Tava (balaca) istismarda olub- 2 ədəd, qiyməti 28 manat, köhnəlməsi 50%, məbləği 28 manat; - Ütü (beko) istismarda olub- 1 ədəd, qiyməti 70 manat, köhnəlməsi 50%, məbləği 35 manat; - Mətbəxi stol-stulu istismarda olub- 1 dəst, qiyməti 2100 manat, köhnəlməsi 50%, məbləği 1050 manat; - Qasturka nilkel istismarda olub- 2 dəst, qiyməti 50 manat, köhnəlməsi 50%, məbləği 50 manat; - Qasturka alminyum istismarda olub- 1 dəst, qiyməti 40 manat, köhnəlməsi 50%, məbləği 20 manat; - Ayaqqabı şkafı istismarda olub- 1 ədəd, qiyməti 100 manat, köhnəlməsi 40%, məbəği 60 manat; - Mətbəxt qaz peçi istismarda olub- 1 ədəd, qiyməti 220 manat, köhnəlməsi 50%, məbləği 110 manat; - Mətbəxt qaz peçi istismarda olub- 1 ədəd, qiyməti 300 manat, köhnəlməsi 50%, məbləği 150 manat; - Şopen istismarda olub- 1 ədəd, qiyməti 140 manat, köhnəlməsi 50%, məbləği 70 manat; -çaşka nəlbəki 6 dəst dəyəri 40 manat, -5 ədəd xalça daroşka dəyəri 350 manat Əlavə olaraq Naxçıvan şəhəri, Borclu prospekti ev 28, mənzil 27–də olan ev əşyalarının dəyəri: - Yataq mebeli 4 predmet istismarda olub- 1 dəst, qiyməti 460 manat, köhnəlməsi 50%, məbləği 230 manat; - Divan-kreslo dəsti istismarda olub- 1 dəst, qiyməti 250 manat, köhnəlməsi 50%, məbləği 125 manat; - Stol (balaca) istismarda olub- 1 ədəd, qiyməti 50 manat, köhnəlməsi 50%, məbləği 25 manat; -. Xalça 2x3 istismarda olub- 1 ədəd, qiyməti 80 manat, köhnəlməsi 50%, məbləği 40 manat; - Soyuducu (beko) istismarda olub- 1 ədəd, qiyməti 400 manat, köhnəlməsi 50%, məbləği 200 manat; - Şopen istismarda olub- 1 ədəd, qiyməti 120 manat, köhnəlməsi 50%, məbləği 60 manat; - Mətbəxt şkafı (balaca) istismarda olub- 1 ədəd, qiyməti 160 manat, köhnəlməsi 50%, məbləği 80 manat; - Paltaryuyan istismarda olub- 1 ədəd, qiyməti 600 manat, köhnəlməsi 50%, məbləği 300 manat olaraq göstərilmişdir. Məhkəmə ekspert rəyi əsasında, eləcə də tərəflərin təqdim etdikləri sübutlar əsasında əşyaların qiymətləndirilməsini müəyyən etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(078)-35/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilərkən mövcud olan və ekspert rəyində göstərilmiş məbləğlərdə əşyalar bölünmüşdür. Adları qeyd edilən əşyaların bölünməsi zamanı nəzərə alınmalıdır ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilmişdir. İşin mübahisəsiz halıdır ki, borclu-tələbkar Hacıyeva X1 şəhəri 11-ci məhəllə ev 195 ünvanında, tələbkar-borclu Əliyev X2 şəhəri, Borclu prospekti ev 28, mənzil 27–də olan mənzildə yaşayır. Ekspert rəyində göstərilmiş, eləcə də tərəflərin yaşadıqları evdə mövcud olan sözügedən əşyalarda tərəflərin bərabər pay hüquqları müəyyən edildiyindən, həmin əşyalar naturada bölünməsi mümkün olmadıqda qətnamə əsasında verilmiş icra sənədində göstərilən hər bir əşyanın məbləği yarı bölünməli və sözügedən yaşayış evində yaşayan şəxs tərəfindən digər tərəfə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı-cavabdeh Borclu cavabdeh-iddiaçı Tələbkar qarşı birgə nikah dövründə qazanılmış əmlakın ½ payın müəyyən olunması tələbinə dair ilkin iddia tələbinə, cavabdeh-iddiaçı Tələbkar iddiaçı-cavabdeh Borclu qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(078)-35/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin izah olunması haqqında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Həsənov tərəfindən verilmiş ərizəsi aşağıdakı formada izah edilsin. 1.Qərardadın təsviri əsaslandırıcı hissəsində göstərilən ekspert rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan əşyalarda tərəflərin bərabər pay hüququ müəyyən edildiyindən sözügedən əşyalar naturada bölünməsi mümkün olmadıqda icra sənədində göstərilən hər birinin dəyərinin yarısı borclu-Tələbkar Etibar qızından alınaraq tələbkar-Borclu verilsin.
2. Qərardadın təsviri əsaslandırıcı hissəsində göstərilən ekspert rəyinə uyğun olaraq Naxçıvan şəhəri Borclu prospekti ev 28 mənzil 27 ünvanında yerləşən mənzildə olan əşyalarda tərəflərin bərabər pay hüququ müəyyən edildiyindən sözügedən əşyalar naturada bölünməsi mümkün olmadıqda icra sənədində göstərilən hər birinin dəyərinin yarısı tələbkar- Borclu alınaraq borclu-Tələbkar Etibar qızına verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.