Məhkəmə qərarları › İş №8(078)-45/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-45/2023

17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-45/2023 17.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, X1 avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi haqqında ərizəsinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 06 aprel 2023-cü il tarixli avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-652/2020 nömrəli 30 iyul 2020-ci il tarixli məhkəmə əmrinin icrası ilə əlaqədar mülkiyyətində olan “Xetçbek Audi A5 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, rəngi ağ, mühərrik nömrəsi CNC027021, ban nömrəsi WAUZZZ8TXEA025213) avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tələbkar "xxxx" MMC-nə və X2na rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə tələbkar "xxxx" MMC-nin nümayəndəsinin və X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və X1 mülkiyyətində olan “Xetçbek Audi A5 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, rəngi ağ, mühərrik nömrəsi CNC027021, ban nömrəsi WAUZZZ8TXEA025213) avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-652/2020 nömrəli 30 iyul 2020ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan X3 18 may 2019-cu il tarixli müqavilə üzrə 1650 (bir min altı yüz əlli) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1670 (bir min altı yüz yetmiş) manat məbləğində pul vəsaitinin alınaraq kreditor "xxxx" MMC-yə ödənilməsi əmr olunmuş, məhkəmə əmri borclu icra olunması üçün Naxçıvan Şəhər İcra Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-38/2021 nömrəli 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-652/2020 nömrəli, 30 iyul 2020-ci il tarixli məhkəmə əmri üzrə X4 mülkiyyətində olan “Xetçbek Audi A5 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, rəngi ağ, mühərrik nömrəsi CNC027021, ban nömrəsi WAUZZZ8TXEA025213) avtomobil üzərinə həbs qoyulmuşdur. Ərizəyə əlavə olunmuş, "xxxx" MMC -nin xx.xx.2023-cü il tarixli 12 nömrəli məktubunun surətindən məlum olur ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi borclu tərəfindən tam olaraq icra edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 mülkiyyətində olan “Xetçbek Audi A5 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, rəngi ağ, mühərrik nömrəsi CNC027021, ban nömrəsi WAUZZZ8TXEA025213) avtomobilin üzərinə qoyulmuş həbsin qalması üçün əsaslar ortadan qalmışdır və bu səbəbdən də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, X1 “Əmlakın üzərinə həbsin götürülməsi haqqında” ərizəsi əsaslı olduğu üçün təmin olunmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Təqdimat əsaslı olduğundan təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-652/2020 nömrəli 30 iyul 2020-ci il tarixli məhkəmə əmrinin icrasını təmin etmək məqsədilə X1 mülkiyyətində olan “Xetçbek Audi A5 minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, rəngi ağ, mühərrik nömrəsi CNC027021, ban nömrəsi WAUZZZ8TXEA025213) avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar