Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-52/2024 15.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) X1 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi Borclu iştirakı ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyevin 72625/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyev 72625/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-255/2024 nömrəli 26 yanvar 2024-cü il tarixli qətnaməsi əsasında 01 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Borclu izahatında hazırda işsiz olduğunu, buna görə də borcunu ödəyə bilmədiyini, həqiqətən də ona Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsinin icrası üçün ona yazılı və şifahi xəbərdarlıq edildiyini, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilmədiyini, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmiş və onun hazırki vəziyyətinin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tələbkar X3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X5 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə tələbkar X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimat verənin və borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-255/2024 nömrəli 26 yanvar 2024-cü il tarixli qətnaməsi əsasında 01 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 255/2024 nömrəli 26 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iş üzrə cavabdeh Borclu xx.xx.2023-cü il tarixli 662 nömrəli Nisyə mal satın alması müqaviləsi üzrə 1910 (bir min doqquz yüz on) manat əsas, 95.50 (doxsan beş manat əlli qəpik) manat gecikdirilmiş dəbbə borcu olmaqla ümumilikdə 2005.50 (iki min beş manat əlli qəpik) manat borc iddiaçı X2 xeyrinə tutulması, X5 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2023cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 41.1 manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınaraq iddiaçıya qaytarılması qət olunmuş, qətnamə 01 mart 2024-cü il qanuni qüvvəsini almış və həmin tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu tərəfindən icra edilməmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyevin 72625/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru V.Quliyevin 72625/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-255/2024 nömrəli 26 yanvar 2024-cü il tarixli qətnaməsi əsasında 01 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-52/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-52/2024
15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver