Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-57/2022 18.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Ə.Gülməmmədovun 197415/2020 nömrəli, 06.04.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Ə.Gülməmmədov 197415/2020 nömrəli, 06.04.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında 16 noyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında 16 noyabr 2020ci il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 725/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1030/2018 nömrəli 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi qaydası və sabit pul məbləğində müəyyən edilmiş miqdarı dəyişdirilməsi, cavabdeh Borclu hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında aliment tutularaq 26 avqust 2012-ci il təvəllüdlü X1 və 24 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Tələbkar ödənilməsi, alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesabanması Borclu 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, qətnamə 13 noyabr 2020-ci il tarixdə qanuni qüvvəsini almış və 16 noyabr 2020-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi Borclu tərəfindən icra edilməmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17.11.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17.11.2020-ci il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimata əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 16.03.2022-ci il tarixli, 57171/2022 nömrəli məktubunun surətindən məlum olur ki, həmin məktubla Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsinə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu təqaüd alıbalmaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM-nin 01.04.2022-ci il tarixli 02/157 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur, heç bir növ pensiya və müavinət almır. Naxçıvan MR DSMF-nun Naxçıvan şəhər şöbəsinin 18.03.2022-ci il tarixli 02/389 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən 31.03.2022-ci il tarixli, 01/109 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur və heç bir müavinət və təqaüd almır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Ə.Gülməmmədovun 197415/2020 nömrəli, 06.04.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Ə.Gülməmmədovun 197415/2020 nömrəli, 06.04.2022-ci il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-725/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında 16 noyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-57/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-57/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver