Məhkəmə qərarları › İş №8(078)-58/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-58/2022

20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-58/2022 20.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Ə.Gülməmmədovun 37596/2022 nömrəli, 08.04.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Ə.Gülməmmədov 37596/2022 nömrəli, 08.04.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsi əsasında 14 fevral 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Borclu məxsus olan sarı rəngli sedan tipli, LF481Q3Y110401132 mühərrik nömrəli, LLV2A3A25B0219904 ban nömrəli, modeli NAZLİFAN LF7162E-620 minik markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2022 nömrəli, 14 fevral 2022-ci tarixli qətnaməsi ilə iddiaçı Borclu 04 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında aliment tutularaq 16 oktyabr 2010-cu il təvəllüdlü X1 və 28 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Tələbkar ödənilməsi qət edilmiş və həmin tarixdə qətnamənin alimentə dair hissədə dərhal icra olunması üçün icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 16.02.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 16.02.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxt ərzində Borclu tərəfindən tam icra edilməmiş və 20.04.2022-ci il tarixədək icra sənədi üzrə 1660 manat borcu qalmışdır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış 08.04.2022-ci il tarixli məlumatda Borclu adına sarı rəngli sedan tipli, LF481Q3Y110401132 mühərrik nömrəli, LLV2A3A25B0219904 ban nömrəli, modeli NAZLİFAN LF7162E-620 minik markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru icra məmuru Ə.Gülməmmədovun 37596/2022 nömrəli, 08.04.2022-ci il tarixli əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Təqdimat əsaslı olduğundan təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsi əsasında 14 fevral 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məxsus olan sarı rəngli sedan tipli, LF481Q3Y110401132 mühərrik nömrəli, LLV2A3A25B0219904 ban nömrəli, modeli NAZLİFAN LF7162E-620 minik markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar