Məhkəmə qərarları › İş №8(078)-6/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-6/2024

26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-6/2024 26.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus “Chevrolet Aveo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Tələbkar və Borclu məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və icra vərəqəsi üzrə əmlak üzərinə həbs qoyulmalıdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu 3030 (üç min otuz) manat məbləğində əsas borc və 53.50 (əlli üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3083.50 (üç min səksən üç manat əlli qəpik) manat məbləğində pulun Tələbkar xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş elektron məlumata əsasən, Borclu mülkiyyətində “Chevrolet Aveo minik” markalı, sedan tipli, gümüşü metallik rəngli, 2011-ci il buraxılışlı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İş üzrə sübutlarla təsdiq olunur ki, Borclu mülkiyyətində “Chevrolet Aveo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Ona görə də, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatı təmin olunmalı və Naxçıvan Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu əmlakının üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4 və 50.4.1-ci maddələrinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı"nın 1-ci bəndinin tələbinə əsasən, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, sedan tipli, gümüşü metallik rəngli, 2011-ci il buraxılışlı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar