Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-60/2022 22.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-842/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu X7 "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-842/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1980-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X7 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Tələbkar və borclu X10 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Tələbkar və borclu X7 iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-842/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1980-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X7 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-842/2021 nömrəli, 04 noyabr 2021ci il tarixli icra vərəqəsinə əsasən, 06 iyul 2021-ci il tarixdən hesablanmağa başlayaraq, X5 hər ay sabit pul məbləğində bir uşağa 110 (yüz on) manat olmaqla, iki uşağa görə cəmi 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq, 27 avqust 2009-cu il təvəllüdlü X4 və 09 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün anaları Tələbkar ödənilməsi qət edilmişdir. Borclu X10 10 noyabr 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 10 noyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-842/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1980-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X7 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-842/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1980-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X7 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-60/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-60/2022
22.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver