Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-62/2023 23.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1 və borclu X5 iştirakları ilə, X1 Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 12 iyun 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərarından verdiyi şikayətə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 12 iyun 2023-cü il tarixli qərarına əsasən Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Qərar qəbul edilərkən “İcra haqqında” Qanunun 17.1.4-cü madddəsi ilə əsaslandırılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 12 iyun 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərarından tələbkar X10 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun qərarı əsassızdır. Belə ki, icra məmuru cavabdeh X5 Şöbəyə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsinin 69 kv.m hissəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı Naxçıvan MR İnzibati Məhkəməsində iddia qaldırdığını bildirmiş və qətnamənin icrasının dayandırılmasını xahiş etdiyini və buna görə də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsini əsas gətirərək icra sənədi üzrə icraatı dayandırmışdır. Məhkəmə iclasında izahat verən tələbkar X10 ərizəni müdafiə edərək Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 12 iyun 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərarının əsassız olduğunu, icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsini düzgün şərh etmədiyini bildirilmiş və icra məmurunun qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən borclu X11 ərizəni rədd edərək özünün Naxçıvan MR İnzibati Məhkəməsində cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən və faktiki mülkiyyətçi hüququ ilə sahiblik etdiyi 69 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia qaldırdığını, mübahisə üzrə 2-1(122)-626/2023 nömrəli işin sözügedən məhkəmədə baxıldığını, baxılan işlə Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli mülki işi arasında birbaşa bağlılıq olduğunu, buna görə də, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixə saat 15:45-ə təyin edilmiş məhkəmə iclasında qərarından şikayət verilən icra məmuru dəvət edilmiş, lakin icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qərarından şikayət verilən icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini icra işinin materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı X4 cavabdeh X7 qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması və hasar divarının sökülməsi tələbinə dair iddiası təmin edilərək Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 yerləşən iddiaçı X8 məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X11 tərəfində istifadəyə və sahibliyə yaradılmış maneə aradan qaldırılması, həmin torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X11 tərəfindən tikilmiş hasar-divarın cavabdeh X5 öz hesabına məcburi qaydada sökülməsi, iddiaçı X10 tərəfindən “Kapital Bank”ın Naxçıvan filialına 23 mart 2022-ci il tarixdə 13937 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdeh X3 alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X11 apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli 2(108)-128/2022 nömrəli qətnaməsi ilə cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X11 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(102)-1131/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli 2(108)-128/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli qətnaməsi üzrə 26 may 2023-cü il tarixdə icra sənədi tərtib edilərək icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən 12 iyun 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsini əsas gətirərək icra sənədi üzrə icraatı dayandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Maddənin məzmunundan da göründüyü kimi icra sənədi üzrə icraatın dayandırılmasını özündə ehtiva edən “İcra haqqında” Qanunun 17 və 18-ci maddəsində dayandırmanın əsasları konkret olaraq göstərilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraat dayandırılarkən qərarda “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə istinad etmişdir. Halbuki həmin maddədən də göründüyü kimi o halda icraata dayandırıla bilərdi ki, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılsın və bu mübahisə qnaunla yol verilən olsun. İcra işinin materiallarına əlavə edilən sərəncam və bildirişdən aydın olur ki, borclu X2 MR İnzibati Məhkəməsində cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən və faktiki mülkiyyətçi hüququ ilə sahiblik etdiyi 69 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. İcra sənədi verilən Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən, eləcə də həmin qətnamənin əsaslı və qanuni olması barədə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktlarından da göründüyü kimi iddianın təmin edilməsinin birbaşa hüquqi əsası tələbkarın adına daşınmaz əmlaka dair çıxarışın-hüquqmüəyyənedici sənədin olmasıdır. Bu gün borclu həmin hüquqmüəyyənedici sənədi mübahisələndirmir. Sadəcə olaraq faktiki sahiblik etdiyi torpaq sahəsinin onun adına mülkiyyət kimi qeydiyyata alınmasını inzibati orqandan tələb edir. İcra sənədi isə tələbkarın mülkiyyətində olan torpaq sahəsində borclu tərəfindən inşa edilmiş hasar divarın öz vəsaiti hesabına sökülməsi və tələbkarın öz mülkiyyətinə borclu tərəfindən yaradılmış maneənin aradan qaldırılmasından ibarətdir. Hazırki icra sənədini təşkil edən əsas bütün məhkəmə istansiyasından keçərək qanuni və əsaslılığı təsdiq olunduğundan məvburi qaydada icra edilməlidir və borclu tərəfindən qaldırılan iddialar həmin icra sənədinin dayandırılması üçün əsas ola bilməz. Məhkəmə göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7, 17 və 18-ci maddələrini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264cü maddəsini rəhbər tutub qərarverdi: X1 Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 12 iyun 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərarından verdiyi şikayət təmin olunsun. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 12 iyun 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərarı ləğv edilsin. Qərardaddan şikayət onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-62/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-62/2023
23.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver