Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-63/2023 23.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı X5 cavabdeh X14 qarşı çardaq (naves) və qapının sökülməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsinin izah edilməsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X15 tərəfindən verilmiş ərizəyə baxaraq, müəyyənetdi: İddiaçı X8 cavabdeh X14 qarşı çardaq (naves) və qapının sökülməsi və vurulmuş ziyanın hesablanaraq ödənilməsi barədə məhkəmədən xahiş etmişdir. 14 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Allahverdi Baxşəliyev ərizə təqdim edərək iddia tələbinin vurulmuş ziyanın ödənilməsi tələbinə dair hissəsindən imtina etdiyini bildirmiş, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə icraata hissəvi xitam verilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X14 məxsus torpaq sahəsinin girişində inşa edilmiş X6 məxsus evin arxa fasadı ilə cavabdeh X14 məxsus olan sərhəd hasarı arasında eni təqribən 3.00 metr, uzunluğu 20.03 metr, hündürlüyü isə 3.60 metr olan talvar (çardaq, naves) və torpaq sahəsinin girişinə qoyulmuş qapı cavabdeh X13 öz hesabına sökülməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh X20 apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 07 avqust 2020-ci il tarixli 2(108)-138/2020 nömrəli qətnaməsi ilə cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsi apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X20 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(102)-1866/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 07 avqust 2020-ci il tarixli 2(108)-138/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsi 05 may 2021-ci il tarixdə qanuni qüvvəsini almış və 23 iyun 2021-ci il tarixdə icra sənədi tərtib edilərək icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X15 xx.xx.2023-cü il tarixdə məhkəmənin ünvanına ərizə təqdim edərək sözügedən mülki iş üzrə qətnaməsinin izah edilməsinə dair ərizə göndərmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X15 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-121/2020 nömrəli 22 may 2020-ci il tarixli icra sənədi 23 iyun 2021-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. X2 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, X2nun qanun üzrə vərsələri tərəfindən müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə şöbəyə təqdim edilmədiyindən icra sənədi xx.xx.2022-ci il tarixdə icra olunmadan məhkəməyə geri qaytarılmışdır. İcra sənədi təkrarən məcburi icraya yönəldilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 qanun üzrə vərsəsi X7 mülkiyyətinə keçmiş, X9 isə həmin fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında X12 bağışlamışdır. Fərdi yaşayış evinin hazırda X10 mülkiyyətindədir. Eyni zamanda X1 Əsəd Allahverdi oğlunun Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)- 121/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş tələb hüququnu da X12 vermişdir. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş tələb hüququnun X4-keçə bilməməsi və X10 icra sənədi üzrə tələbkar tərəf kimi tanınıb-tanınmamasının izah olunması zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclasına qətnaməsinin izah edilməsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X15 dəvət edilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə icra rəisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İş materiallarından da göründüyü kimi, X9 mərhum X5 qanun üzrə vərsəsidir. Buna görə də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 qanun üzrə vərsəsi X7 mülkiyyətinə keçmiş, X9 isə həmin fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında X12 bağışlamış eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş tələb hüququnu da X12 vermişdir. Buna görə də X3 Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)- 121/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş tələb hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X5 cavabdeh X14 qarşı çardaq (naves) və qapının sökülməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsinin izah edilməsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi X15 tərəfindən verilmiş ərizəsi aşağıdakı formada izah edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 qanun üzrə vərsəsi X7 mülkiyyətinə keçdiyindən və X9 isə həmin fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında X12 bağışladığından, eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş tələb hüququnu da X12 verdiyindən X3 Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(078)-121/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş tələb hüququna malikdir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-63/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-63/2023
23.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver