Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-64/2024 11.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1446/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2 qeyd olunan icra sənədi üzrə Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1446/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə 02 mart 2022-ci il tarixli, 31 nömrəli müqavilə üzrə 110 (yüz on) manat əsas borc, 5.50 (beş manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 115.50 (yüz on beş manat əlli qəpik) manat məbləğində pulun cavabdeh Borclu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24.75 (iyirmi dörd manat yetmiş beş qəpik) manat hissəsinin cavabdeh Borclu alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi nəzərdə tutulmuşdur. 23 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X4 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1446/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1994-cü il tarixdə Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 140.25 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli olduğunu, icra sənədinin xx.xx.2024-cü il tarixdə icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin xx.xx.2024-cü il tarixdə Borclu göndərildiyini, Borclu tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin Borclu tələbi könüllü təmin etmədiyini, icra hərəkətlərinin həyata keçirilməsindən yayındığını, Borclu dəfələrlə tələbin təmin edilməsinin təklif olunduğunu, şöbəyə dəvət edildiyini, borclu tələbi təmin etmədiyindən və şöbəyə gəlmədiyindən barəsində xx.xx.2024-cü il tarixdə məcburi gətirilməsi üçün təqdimat verilməsi barədə qərar qəbul edildiyini, həmin qərarın xx.xx.2024-cü il tarixdə məhkəməyə və tərəflərə göndərildiyini, lakin borclunun təkrarən tələbi təmin etmədiyini, şöbəyə gəlmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkar "xxxx" MMC-yə, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1446/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Təqdimata əlavə edilmiş materiallardan görünür ki, adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərar Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin 10 gün müddətində könüllü surətdə icra olunması təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərara əsasən borclu xx.xx.1994-cü ildə Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Naxçıvan Şəhər icra və Probasiya Şöbəsinə gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Qeyd olunan qərarın surəti borcluya göndərilsə də, borclu yenə də İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, məhkəmə hesab edir ki, borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1446/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üzrə xx.xx.1994-cü il tarixdə Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-64/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-64/2024
11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver