Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-66/2023 07.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1 iştirakları ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli e-2(078)-370/2022 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli e-2(078)-370/2022 nömrəli qətnaməsinin icrasının dəyişdirilərək hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsində bidlirmişdir ki, haqlı olaraq iddaçı X9 təqdim etdiyi xx.xx.2018-ci il tarixdə bağlanılan borc müqaviləsini əsas tutaraq, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli e-2(078)-370/2022 nömrəli qətnamə ilə ondan 38000 manat pulun alınıb iddaçıya verilməsi haqqında qərar qəbul edilmişdir. Əslində onun iddaçıya onal borcu 18500 manat olmuş, onun 2900 manatını qaytarmışdır ki, bunu iddaçının özü də etiraf edir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-370/2022-030 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə yönəldilmiş, xx.xx.2023cü-il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixli 013187 nömrəli inzibati xəta haqqında protokol, 82506/2023 nömrəli məktub ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1 maddəsi ilə təsdiqləndirirərək Naxçıvan Şəhər Məhkəməsinə sənədləri təqdim etmiş, Naxçıvan şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixdə haqqında haqlı qərar qəbul etmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin qərarı ilə təqsirli bilib, 8 gün müddətinə inzibati qaydada həbs qərarı verilmişdir. Növbəti mərhələdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı haqda xəbərdarlıq almışdır. Heç bir yerdə işləmir, heç bir yerdən sosial müavinət və təqaüd almır. Bu məbləğin tam şəkildə ödənməsi mümkün deyil. Borc məbləğini hissə-hissə olmaqla 3 il ərzində, hər il ən azı 10-12 min manat ödəyə bilər. X3 məhkəmə baxışı iclasında bildirmişdir ki, əmlak vəziyyəti ağırdır və heç bir yerdə işləmir. Pulun hissə-hissə 3 il ərzində, hər il ən azı 10-12 min manat ödənilməsi barədə qərardad qəbul eiilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022ci il tarixli e-2(078)-370/2022 nömrəli qətnaməsi ilə iddiaçı X9 cavabdeh X6 qarşı iddiası qismən təmin olunaraq cavabdeh X4 38000 (otuz səkkiz min) manat pul alınıb iddiaçı X10 verilməsi, iddiaçı X11 tərəfindən "xxxx" ASC Naxçıvan filialına 22 fevral 2022-ci il tarixdə 146 nömrəli qəbzlə ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun 200 (iki yüz) manatı cavabdeh X4 alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh X2 Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli e-2(078)-370/2022 nömrəli qətnaməsindən apellyasiya və kassasiya şikayəti vermiş, lakin yuxarı instansiya məhkəmələrində sözügedən qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi və ya icraya möhlət verilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin ağır olduğunu göstərsə də, əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın və digər borclunun da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 qətnamənin icrasının dəyişdirilərək hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli e-2(078)-370/2022 nömrəli qətnaməsinin icrasının dəyişdirilərək hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №8(078)-66/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-66/2023
07.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver