Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-67/2024 29.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı X1 Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-831/2022 saylı, xx.xx.2022-ci il tarixli, X1 Borclu qarşı kredit borcunun tərəflər arasında bölünməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli və tələbkar "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-810/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimatın geri qaytarılmasına dair icra məmurunun ərizəsinə baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-831/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 25 noyabr 2022-ci il tarixdən hesablanmağa başlayaraq, Borclu hər ay sabit pul məbləğində 130 (yüz otuz) manat miqdarında alimentin tutularaq 11 iyun 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kim saxlanılması üçün anası X4 ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 2416.54 (iki min dörd yüz on altı manat əlli dörd qəpik) manat məbləğində pulun cavabdeh Borclu alınaraq iddiaçı X4 ödənilməsi və iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 80 (əlli) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsinin iş üzrə cavabdeh Borclu alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-810/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 424.96 (dörd yüz iyirmi dörd manat doxsan altı qəpik) manat əsas borc, 42.04 (qırx iki manat dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 467 (dörd yüz altmış yeddi) manat pulun cavabdeh Borclu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Borclu 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. 23 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X5 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-831/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi, 2(078)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi və 2(078)-810/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 25 noyabr 2022-ci il tarixdən başlayaraq hər ay bir uşağın saxlanılması üçün sabit məbləğdə 130 manat məbləğində alimentin və 2446.54 manat pul vəsaitinin tutularaq X1 xeyrinə, 497 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli olduğunu, qeyd olunan icra sənədlərinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu, qanunamüvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədləri üzrə Borclu göndərildiyini, borcluya tələblərin könüllü təmin edilməsinin təklif olunduğunu, tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, Borclu dəfələrlə xəbərdarlıq edildiyini, ona tələblərin könüllü təmin edilməsinin təklif olunduğunu, lakin borclunun tələbləri təmin etməkdən yayındığını, həmçinin bir neçə dəfə Naxçıvan Şəhər icra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq şöbəyə gəlmədiyini, bu səbəbdən borclunun məcburi gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə qərar qəbul edildiyini, qərarın surətinin Naxçıvan Şəhər Məhkəməsinə və tərəflərə göndərildiyini, göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, icra sənədləri üzrə Borclu məcburi qaydada Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gətiriməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X6 29 may 2024-cü il tarixdə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-831/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi, 2(078)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi və 2(078)-810/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması üçün xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verildiyini bildirərək Borclu məcburi gətirilməsinə dair təqdimatın baxılmadan Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmurunun borclu barəsində məhkəməyə təqdim etdiyi borclunun məcburi gətirilməsi barədə təqdimatın geri qaytarılması barədə müraciəti əsaslıdır. Müraciət əsaslı sayıldığından onun hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, təqdimatlara baxılması qaydası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə tənzimlənsə də, həmin Məcəllə ilə hazırki məsələnin hüquqi həlli tənzimlənmir. Bu vəziyyətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin – “barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin –“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Məhkəmə qeyd edir ki, təqdimatın geri qaytarılması barədə müraciətə baxılmasının hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası “İcra haqqında” Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müvafiq prosessual hüquq norması olmadığından, həmin Qanunun 1.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbini nəzərə almaqla həmin Məcəllənin icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətinə baxılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki vəziyyətdə icra məmuru təqdimatın geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqdimat və ona əlavə edilmiş sənədlər icra məmuruna geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X1 və Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-831/2022 saylı, xx.xx.2022-ci il tarixli, X1 Borclu qarşı kredit borcunun tərəflər arasında bölünməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli və tələbkar "xxxx" MMC-nin Borclu qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-810/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimat ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №8(078)-67/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-67/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver