Məhkəmə qərarları › İş №8(078)-68/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-68/2023

05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-68/2023 05.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(078)-288/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X2 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(078)-288/2023 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəsində bidlirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(078)-288/2023 nömrəli qətnaməsi ilə ondan və X4 22 oktyabr 2020-ci il tarixli, İK2210/02 saylı kredit müqaviləsinə əsasən 9094.45 (doqquz min doxsan dörd manat qırx beş qəpik) manat əsas borc, 3185.61 (üç min bir yüz səksən beş manat altmış bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12280.06 (on iki min iki yüz səksən manat altı qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 126.84 (bir yüz iyirmi altı manat səksən dörd qəpik) manat dövlət rüsumunun ondan və X4 alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. O, səhhəti ilə əlaqədar olaraq valideynlərinin himayəsində yaşayır. Kredit borcunu Qarabağ qazisi olan atasının köməkliyi ilə ödəyəcək. Ödəməni müvəqqəti olaraq 200 manat, daha sonra isə 300 manat ödəməyə imkanı çatar. G.Məmmədova Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(078)-288/2023 nömrəli qətnamə üzrə tələbin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2023cü il tarixli e-2(078)-288/2023 nömrəli qətnaməsi ilə iddiaçı təşkilat "xxxx" ASC-nin cavabdehlər X6 və X7 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin olunaraq cavabdehlər X3 və X4 22 oktyabr 2020-ci il tarixli, İK2210/02 saylı kredit müqaviləsinə əsasən 9094.45 (doqquz min doxsan dörd manat qırx beş qəpik) manat əsas borc, 3185.61 (üç min bir yüz səksən beş manat altmış bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12280.06 (on iki min iki yüz səksən manat altı qəpik) manat məbləğində kredit borcunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 126.84 (bir yüz iyirmi altı manat səksən dörd qəpik) manat dövlət rüsumunun cavabdehlər X3 və X4 alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamə üzrə tələbin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin əvvəlki dövrlərdən fərqli olaraq ağır olduğunu göstərsə də, əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın və digər borclunun da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(078)-288/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar