Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-7/2024 29.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, X1 Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından verdiyi şikayətə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 12 yanvar 2024-cü il tarixli qərarına əsasən Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli 2(078)-830/2020 saylı icra sənədi üzrə icra sənədinin ərazi aidiyyatı üzrə göndərilmişdir. Qərar qəbul edilərkən “İcra haqqında” Qanunun 10.1-ci madddəsi ilə əsaslandırılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından tələbkar X12 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun qərarı əsassızdır. Belə ki, icra məmuru xx.xx.2024-cü il tarixli qərarında Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə namayəndəliyinin xx.xx.2024-cü il tarixli 48 saylı arayışı ilə X3 ünvan 1 ünvanında qeydiyyatsız yaşadığını əsas gətirmiş və buna görə də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci və 24.1.2-ci maddəsini əsas gətirərək icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında izahat verən tələbkar X12 ərizəni müdafiə edərək bildirmişdir ki, 2020-ci ildən Azərbaycan Respublikası adından Naxçıvan Şəhər Məhkəməsində 2(078)- 830/2020 saylı qətnamə çıxarılmışdır, lakin qərarın icrasına həmin qərar üzrə borclu şəxs və 2(078)-830/2020 qərarın icra vərəqəsi üzrə icraçı şəxs suni manelər yaratmaqla qərarın icrasına manie olur. 2023-cü ilin oktyabr ayınadək azyaşlı övladına psxi, fizki və mənəvi şiddətlər göstərməklə qərardan yayındırılmışlar. Lakin ölkə başçısına etdiyi müraciətdən sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin göstərişi ilə 2023-cü ilin noyabr ayında 2 dəfə dekabr aynda 2 dəfə olmaqla qərarın icrası maniesiz şəkildə mümkün olmuşdur. Lakin yenidən borclu şəxs övladını yoxa çıxararaq icradan yayınmışdır. Dəfələrlə Naxçıvan Şəhər icra və Probasiya Şöbəsinə bu barədə məlumat verməsinə baxmayaraq icra təmin edilməmiş, dolayı yollarla icradan yayınmışlar. Azərbaycan Respublikası adından çıxarılmış qərar dolayı yollarla suni manelər yaradılmaqla süründürməçiliklər olunaraq icra orqanı və borclu şəxs tərəfindən icra edilmir. Azərbaycan Respublikası adından xx.xx.2020-ci ildə çıxarılmış 2(078)-830/2020 nömrəli qətnaməsi icra olunmur. Onun valideynlik hüquqları pozulur. Borclu övladını onun icazəsi və razılığı olmadan aparıb ki, o, buna qəti şəkildə etiraz edir. Bütün bunlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində də öz əksini tapıb. Məhkəmə iclasında izahat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 şikayəti rədd edərək bildirmişdir ki, borclu Firəngiz xanım Şöbəyə ərizə göndərərək ailə həyatı qurduğunu, hazırda ikinci həyat yoldaşının yaşadığı ünvan 2 ünvanında qeydiyyatsız yaşadığını, övladının da öz yanında olduğunu, buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli 2(078)-830/2020 saylı icra sənədinin aidiyyatı üzrə yaşadığı ünvan üzrə İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmiş, və o, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci və 24.1.2-ci maddəsini əsas gətirərək icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərar qəbul etmişdir. Çünki borcu hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə iclasına borclu X6 dəvət edilmiş, lakin borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə borclu X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini icra işinin materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(078)-830/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı X7 cavabdeh X4 qarşı uşaqla ünsiyyət qaydasının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək X7 övladı 11 sentyabr 2015-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü, saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(078)-830/2020 nömrəli qətnaməsindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində şikayət verilmədiyindən qətnamə 21 dekabr 2020-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra sənədi tərtib edilərək icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Rahib Səfərov tərəfindən 22 dekabr 2020-ci il tarixdə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə namayəndəliyinin xx.xx.2024-cü il tarixli 48 saylı arayışı ilə X3 ünvan 1 ünvanında qeydiyyatsız yaşadığını əsas gətirmiş və buna görə də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci və 24.1.2-ci maddəsini əsas gətirərək 12 yanvar 2024-cü il tarixdə icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərar qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilir ki, “İcra haqqında” Qanunun 10-cu maddəsi icra hərəkətlərinin həyata keçirildiyi yerdən bəhs edir. Belə ki, həmin maddəyə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer, yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə, yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir. İcra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Qanunun normasından da aydın olduğu kimi icra sənədləri borclunun yaşayış yeri üzrə icra olur. Yaşayış yeri anlayışı qanunvericilikdə şəxsin rəsmi qeydiyyatda olduğu yer kimi nəzərdə tutulur. Hazırki vəziyyətdə borclu qeydiyyatsız olaraq başqa yaşayış yerində yaşayır və bu hal icra sənədinin aidiyyəti üzrə həmin yer üzrə göndərilməsi üçün əsas olmamışdır. Ona görə də qərar ləğv edilməli, şikayət təmin edilməlidir. Məhkəmə göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7, və 10-cu maddələrini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutub qərarverdi: X1 Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 12 yanvar 2024cü il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından verdiyi şikayət təmin olunsun. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarı ləğv edilsin. Qərardaddan şikayət onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №8(078)-7/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-7/2024
29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver