Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-76/2023 07.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 129016/2023 nömrəli xx.xx.2023cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlı 129016/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-214/2023 nömrəli 31 may 2023-cü il tarixli qətnaməsi əsasında 31 may 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və təqdimat verən orqanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-214/2023 nömrəli 31 may 2023-cü il tarixli qətnaməsi əsasında 31 may 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 214/2023 nömrəli 31 may 2023-cü il tarixli qətnaməsi ilə 31 may 2023-cü il tarixdən hesablanmağa başlayaraq, Borclu hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutularaq, 26 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası Tələbkar ödənilməsi və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmiş, həmin tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi əsasında verilmiş icra sənədi üzrə Borclu təqdimat verilən günə 778 manat aliment borcu yaranmışdır. Təqdimata əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli 61127/2023 nömrəli məktubunun surətindən məlum olur ki, həmin məktubla Naxçıvan MR Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, Naxçıvan MR DSMF phş Naxçıvan şəhər İdarəsinə və Naxçıvan MR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Bölməsinə icraatda olan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu təqaüd alıb-almaması ilə bağlı sorğu verilmişdir. Həmin sorğuya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM-nin xx.xx.2023-cü il tarixli 02/139 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur və heç bir növ sosial müavinət və təqaüd almır. Naxçıvan MR DSMF PHŞ Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 01/96 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu mərkəzin qeydiyyatında durmur və heç bir pensiya almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04/217 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan MR DSMF phş Naxçıvan şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 02/439 nömrəli məktubundan məlum olmuşdur ki, Borclu şöbədə qeydiyyatda durmur, heç bir növ pensiya almır. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 129016/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru N.Bayramlının 129016/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-214/2023 nömrəli 31 may 2023-cü il tarixli qətnaməsi əsasında 31 may 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №8(078)-76/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-76/2023
07.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver