Məhkəmə qərarları › İş №8(078)-79/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-79/2023

13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-79/2023 13.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı X3 cavabdeh X5 qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması və hasar divarının sökülməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli qətnaməsinin izah edilməsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən verilmiş ərizəyə baxaraq, müəyyənetdi: İddiaçı X8 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən X7 məxsus olan daşınmaz əmlakın (torpaq sahəsinin) 0.06 ha hissəsinin 59.7 kv.m olan hissəsinə münasibətdə onun tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 59.7 kv.m olan hissəsində cavabdeh X9 tərəfindən tikilmiş hasar-divarın cavabdehin öz vəsaiti hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı X8 tələbini dəqiqləşdirərək mütəxəssis məsləhətində cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin dəqiq ölçüsünün göstərildiyini, həmin ölçünün 69 kv.metr olduğunu nəzərə alıb tələbin məhz 69 kv.metr hissəsində torpaq sahəsinin qaytarılması və hasarın sökülməsini xahiş etmişdir. İddia tələbinə dəqiqləşmiş çərçivədə baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək ünvan 1 yerləşən iddiaçı X7 məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X9 tərəfində istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X9 tərəfindən tikilmiş hasar-divarın cavabdeh X4 öz hesabına məcburi qaydada sökülməsi, iddiaçı X8 tərəfindən “Kapital Bank”ın Naxçıvan filialına 23 mart 2022-ci il tarixdə 13937 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh X2 alınıb iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh X9 apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli 2(108)-122/2022 nömrəli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X9 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(102)-1131/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli 2(108)-122/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli qətnaməsi 26 may 2023-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra sənədi tərtib edilərək icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 xx.xx.2023-cü il tarixdə məhkəmənin ünvanına ərizə təqdim edərək sözügedən mülki iş üzrə qətnaməsinin izah edilməsinə dair ərizə göndərmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-460/2022 nömrəli 03 avqust 2022-ci il tarixli icra sənədi 30 may 2023-cü il tarixdə icraatına daxil olmuşdur. İcra sənədində qeyd olunan ünvan 1 yerləşən iddiaçı X7 məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X9 tərəfində istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılmalı hissəsində tələb aydın deyil. Belə ki, icra sənədində torpaq sahəsindən istifadəyə və sahibliyə yaradılmış hansı maneənin aradan qaldırılması qeyd edilməmişdir. X1 xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək torpaq sahəsindən istifadə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması yalnız hasar divarının sökülməsi deyil, həmçinin torpaq sahəsi üzərində əlavə tikililərin də sökülməsinin nəzərədə tutulduğunu bildirmişdir. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli icra sənədinin izah olunması zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclasına qətnaməsinin izah edilməsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 dəvət edilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İş materiallarından da göründüyü kimi, ünvan 1 yerləşən iddiaçı X7 məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X9 tərəfində istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X9 tərəfindən tikilmiş hasar-divarın cavabdeh X4 öz hesabına məcburi qaydada sökülməsi qət edilmişdir. İddia tələbində ümumiyyətlə hasar divardan başqa hər hansı tikilinin sökülməsi tələbi olmamış və məhkəmə mövcud olmayan tələb üzrə qətnamə çıxara bilməz. Sözügedən torpaq sahəsində sökülməsi qət edilən və icrası üçün göndərilən tikili-hasar divar olaraq göstərilmişdir. Tələb həmin divarın sökülməsi olduğundan, qətnamə məhz bu tələbə münasibətdə təmin edildiyindən başqa hər hansı tikilinin olması və sökülməsi icra edilməməlidir. Belə ki, bununla bağlı qətnamə və icra sənədi mövcud deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X3 cavabdeh X5 qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması və hasar divarının sökülməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(078)-460/2022 nömrəli qətnaməsinin izah edilməsi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən verilmiş ərizəsi aşağıdakı formada izah edilsin. ünvan 1 yerləşən iddiaçı X7 məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X9 tərəfində istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 69 kv.m olan hissəsində cavabdeh X9 tərəfindən tikilmiş hasar-divarın cavabdeh X4 öz hesabına məcburi qaydada sökülməsi qət edildiyindən həmin torpaq sahəsində yalnız hasar-divarın sökülməsinə münasibətdə icra həyata keçirilməlidir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar