Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-8/2025 21.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin Borclu qarşı borcun tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-383/2023 nömrəli, 10 may 2023-cü il tarixli, Tələbkar MMCnin Borclu qarşı borcun tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 746/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli icra sənədlərinin və Naxçıvan şəhər 1 saylı notariat ofisinin 8İ-5263 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin icrası ilə bağlı Borclu məcburi gətirilməsi barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 qeyd olunan icra sənədi üzrə Borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-383/2023 nömrəli, 10 may 2023-cü il tarixli icra sənədi ilə Borclu 2530.88 (iki min beş yüz otuz manat səksən səkkiz qəpik) manat əsas borc və 475.10 (dörd yüz yetmiş beş manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 3005.98 (üç min beş manat doxsan səkkiz qəpik) manat məbləğində borc və 50.06 (əlli manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması nəzərdə tutulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-746/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli icra sənədi ilə 25 yanvar 2021-ci il tarixli, 220 nömrəli müqavilə üzrə 250 (iki yüz əlli) manat borc, 12.5 (on iki manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 262.5 (iki yüz altmış iki manat əlli qəpik) manat məbləğində pulun cavabdeh Borclu tutularaq Tələbkarnə verilməsi və iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.64 (iyirmi səkkiz manat altmış dörd qəpik) manat hissəsinin cavabdeh Borclu alınaraq iş üzrə iddiaçı Tələbkarnə ödənilməsi nəzərdə tutulmuşdur. Naxçıvan şəhər 1 saylı notariat ofisinin 8İ-5263 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ilə Naxçıvan şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən 215 nömrəli Hərbi Hissə / VÖEN:********** xeyrinə Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 30 ünvanında qeydiyyatda olan Borclu (AA*******, xx.xx.2022 - Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1987) 191 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1316 manat 54 qəpik (min üç yüz on altı manat əlli dörd qəpik) tutulmasını və bundan əlavə borcludan Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1341 manat 54 qəpik (min üç yüz qırx bır manat əlli dörd qəpik) pulun tutulmasını qeyd etməsi aydın olur. 07 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X4 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlarla icraata başlanılmış ünvan 4torunun 8İ-5263 saylı, xx.xx.2022-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-383/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(078)-746/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu xx.xx.1987-ci ildə doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ünvan 4torunun 8İ-5263 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1341.54 manat məbləğində pul vəsaitinin tutularaq 215 nömrəli Hərbi Hissənin xeyrinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-746/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 291.14 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-383/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 3.056,04 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar “Kapital Bank" ASC-nin xeyrinə ödənilməli olduğunu, icra sənədlərinin icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlərin xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Borclu göndərildiyini, Borclu tələblərin könüllü təmin edilməsinin təklif olunduğunu və tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edildiyini, lakin borclunun tələbləri təmin etmədiyini və icra hərəkətlərinin həyata keçirilməsindən yayındığını, icra sənədləri üzrə icra hərəkətləri həyata keçirilərkən Borclu adına tələblərin yönəldilə biləcəyi əmlak müəyyən edilmədiyini, Borclu dəfələrlə tələblərin təmin edilməsinin təklif olunduğunu və şöbəyə dəvət edildiyini, Borclu tələbləri təmin etmədiyindən və şöbəyə gəlmədiyindən barəsində xx.xx.2024-cü il tarixdə məcburi gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə qərar qəbul edildiyini, həmin qərarın xx.xx.2024-cü il tarixdə məhkəməyə və tərəflərə göndərildiyini, lakin borclunun təkrarən tələbləri təmin etmədiyini və şöbəyə gəlmədiyini, göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkarlar "xxxx" ASC-yə, Tələbkar MMC-yə və 215 nömrəli Hərbi Hissəyə və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Borclu məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq borclunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-383/2023 nömrəli, 10 may 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. 25 iyun 2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-746/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. 23 dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Naxçıvan şəhər 1 saylı notariat ofisinin 8İ-5263 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə icraata başlanmışdır. Təqdimata əlavə edilmiş materiallardan görünür ki, adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərarlar Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarların məzmunundan o da aydın olur ki, borcluya tələbin 10 gün müddətində könüllü surətdə icra olunması təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərara əsasən borclu xx.xx.1987-ci ildə doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Qeyd olunan qərarın surəti borcluya göndərilsə də, borclu yenə də İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, məhkəmə hesab edir ki, borclu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunsun. Tələbkar "xxxx" ASC-nin Borclu qarşı borcun tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-383/2023 nömrəli, 10 may 2023-cü il tarixli, Tələbkar MMCnin Borclu qarşı borcun tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 746/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli icra sənədlərinin və Naxçıvan şəhər 1 saylı notariat ofisinin 8İ-5263 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin icrası üzrə xx.xx.1987ci ildə Culfa rayonu, Ləkətağ kəndində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Sadıqov X2 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-8/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-8/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver