Məhkəmə qərarları › İş №8(078)-86/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-86/2024

02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-86/2024 02.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 20 iyun 2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 20 iyun 2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Tələbkar Açıq Səhmdar Cəmiyyətinə, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi, borclu və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, Borclu və təqdimat verən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-523/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi əsasında 10 iyul 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icra olunması məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 2(078)-523/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2021-ci il tarixli, BBLK435619A299 saylı kredit müqaviləsinə əsasən 4994,14 (dörd min doqquz yüz doxsan dörd manat on dörd qəpik) manat əsas, 1466,48 (bir min dörd yüz altmış altı manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 6460,62 (altı min dörd yüz altmış manat altmış iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ASCnin xeyrinə ödənilməsi, iddiaçı Tələbkar ASC tərəfindən X3 və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 84.61 (səksən dörd manat altmış bir qəpik) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmiş və icra vərəqəsi 10 iyul 2023-cü il tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 13 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 10 iyul 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi Borclu tərəfindən təmin edilməmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan alınmış məlumatda Borclu adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatda durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sorğuya verilən cavablardan da belə məlum olur ki, Borclu verilmiş icra vərəqəsi üzrə borc məbləğinin məcburi icra olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 20 iyun 2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 204, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 20 iyun 2024-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-523/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi əsasında 10 iyul 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar