Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-88/2023 04.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-122/2023 nömrəli, 27 fevral 2023cü il tarixli və 2(078)-123/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqələrinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 122/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli və 2(078)-123/2023 nömrəli, 14 fevral 2023cü il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1999-cu il tarixdə Babək rayonu, Qoşadizə kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-122/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli və 2(078)-123/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1999-cu il tarixdə Babək rayonu, Qoşadizə kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-122/2023 nömrəli, 27 fevral 2023cü il tarixli icra vərəqəsinə əsasən, Borclu 580 (beş yüz səksən) manat əsas borc və 60 (altmış) manat gecikdirilmiş dəbbə pulu olmaqla, cəmi 640 (altı yüz qırx) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq Tələbkar qaytarılması qət edilmişdir. Borclu 27 fevral 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 27 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-123/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 26 iyun 2022-ci il tarixli, 59 saylı Nisyə mal satın alması müqaviləsi üzrə 670 (altı yüz yetmiş) manat əsas və 90 (doxsan) manat gecikdirilmiş dəbbə borcu olmaqla, ümumilikdə 760 (yeddi yüz altmış) manat borcun iddiaçı Tələbkar xeyrinə tutulması və Tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə 20540 nömrəli qəbzlə "xxxx" ASC Naxçıvan filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Borclu 16 fevral 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 16 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-122/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli və 2(078)-123/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1999-cu il tarixdə Babək rayonu, Qoşadizə kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-122/2023 nömrəli, 27 fevral 2023cü il tarixli və 2(078)-123/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqələri üzrə borclu, xx xxxx 1999-cu il tarixdə Babək rayonu, Qoşadizə kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-88/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-88/2023
04.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver