Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-92/2022 08.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-103/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli və 2(078)-210/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli icra vərəqələrinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-103/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli və 2(078)-210/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxx 1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Tələbkar1, kreditor Tələbkar2nə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və borclu bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə Tələbkar1, kreditor Tələbkar2 nümayəndəsinin və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-103/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli və 2(078)-210/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxx 1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-103/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 19 noyabr 2021-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə 175 (bir yüz yetmiş beş) manat miqdarında alimentin tutularaq 21 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Tələbkar1 ödənilməsi və Borclu 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Borclu 19 yanvar 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 19 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-210/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 325.60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc və 48.80 (qırx səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 374.40 (üç yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, Tələbkar2 xeyrinə tutulması qət edilmişdir. Borclu 04 aprel 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 04 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-103/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli və 2(078)-210/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxx 1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-103/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli və 2(078)-210/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli icra vərəqələri üzrə borclu, xx xxxxx 1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-92/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-92/2022
08.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver