Məhkəmə qərarları › İş №8(078)-93/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-93/2023

16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-93/2023 16.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclular Borclu2 və Borclu1 "məcburi gətirilməsi” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxx 1996-cı il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu2 və borclu, xx xxxx 1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 məcburi gətirilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Tələbkar Açıq Səhmdar Cəmiyyətinə, borclular Borclu2 və Borclu1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İşə tələbkarın nümayəndəsinin və borcluların iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclular Borclu2 və Hacıyev X4 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdehlər Borclu2 və Borclu1 xx.xx.2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsi üzrə 3200.35 (üç min iki yüz manat otuz beş qəpik) manat əsas, 347.07 (üç yüz qırx yeddi manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3547.42 (üç min beş yüz qırx yeddi manat qırx iki qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə X6 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 55.88 (əlli beş manat səksən səkkiz) manatın cavabdehlər Borclu2 və Borclu1 tutularaq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Borclular Borclu2 və Borclu1 30 yanvar 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 30 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduqları ünvana göndərilmişdir. Borclu1 11 may və 26 may 2023-cü il tarixlərdə yazılı şəkildə xəbərdarlıq göndərilmişdir. Borclular Borclu2 və Borclu1 09 iyun 2023-cü il tarixdə yazılı şəkildə xəbərdarlıq göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclular Borclu2 və Hacıyev X4 Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-1199/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də, icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındıqlarından, onlar ünvan 2əcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxx 1996-cı il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Borclu2 və xx xxxx 1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Hacıyev X4 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar