Məhkəmə qərarları › İş №8(078)-94/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-94/2023

16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-94/2023 16.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-773/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "məcburi gətirilməsi” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)- 773/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Tələbkar Açıq Səhmdar Cəmiyyətinə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İşə tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Əbilova X5 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-773/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2021-ci il tarixli, RGTK4012508A500 saylı kredit müqaviləsi üzrə 4056.79 (dörd min əlli altı manat, yetmiş doqquz qəpik) manat əsas, 763.58 (yeddi yüz altmış üç manat, əlli səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 4820.37 (dörd min səkkiz yüz iyirmi manat, otuz yeddi qəpik) manat məbləğində borcun cavabdeh Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi və iş üzrə cavabdeh Borclu 68.20 (altmış səkkiz manat, iyirmi qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Borclu 04 oktyabr 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 04 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin Borclu 16 yanvar, 17 aprel və 25 may 2023-cü il tarixlərdə yazılı şəkildə xəbərdarlıq göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Əbilova X5 Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-773/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də, icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Əbilova X5 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar