Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-96/2022 25.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-335/2022 nömrəli, 31 may 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli, 31 may 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək izahatında, təqdimatda göstərilən xüsusatları bir daha qeyd edərək təmin olunmasını xahiş etdi. Kreditor Tələbkar X6 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş və borclu bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə müvafiq olaraq, işə kreditor Tələbkar X5 nümayəndəsinin və Borclu iştirakı olmadan baxılmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli, 31 may 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli, 31 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli, GTKR2480979A500 saylı kredit müqaviləsinə əsasən 9246.65 (doqquz min iki yüz qırx altı manat altmış beş qəpik) manat əsas, 1731.99 (bir min yeddi yüz otuz bir manat doxsan doqquz qəpik) manat faiz, cəmi 10978.64 (on min doqquz yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat, xx.xx.2020-ci il tarixli, BBLK1852167A500 saylı kredit xətti müqaviləsinə əsasən 477.28 (dörd yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat əsas, 84.26 (səksən dörd manat iyirmi altı qəpik) manat faiz, cəmi 561.54 (beş yüz altmış bir manat əlli dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi, iddiaçı Tələbkar ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X8 Portalına xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 124.62 (bir yüz iyirmi dörd manat əlli dörd qəpik) manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Borclu 01 iyun 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və 01 iyun 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində müvafiq orqanlara verilmiş sorğulara əsasən adına tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, hesablaşma hesabı olmaması, təqaüd almaması müəyyən olunmuşdur. Könüllü icra üçün müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli, 31 may 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-335/2022 nömrəli, 31 may 2022-ci il tarixli icra vərəqəsi üzrə borclu, xx xxxxxx 1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №8(078)-96/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-96/2022
25.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver