Məhkəmə qərarları › İş №8(078)-97/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-97/2024

18.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-97/2024 18.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclular Borclu və X2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1587/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1587/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 24 may 2022-ci il tarixli, İK1012767 saylı kredit müqaviləsi üzrə 2313.18 (iki min üç yüz on üç manat on səkkiz qəpik) manat əsas borc və 70.25 (yetmiş manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2383.43 (iki min üç yüz səksən üç manat qırx üç qəpik) manat məbləğində pulun cavabdehlər Borclu və X1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iş üzrə cavabdehlər Borclu və X1 müştərək qaydada 43.83 (qırx üç manat səksən üç qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. “08” iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X5 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək təqdimatda icraatda olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1587/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1993-cü ildə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, Atabəylər, 13/42 ünvanında qeydiyyatda olan Borclu və xx.xx.1991-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan X1 müştərək qaydada 2427.26 manat pul vəsaitinin tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməli olduğunu, icra sənədinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olduğunu, qanunamüvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul olunaraq surətinin bildirişlə bərabər icra sənədi üzrə borcluların ünvanına göndərildiyini, borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün əmlak və gəlir vəziyyətlərinin yoxlanıldığını, Borclu adına “VAZ 21093 minik” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunun müəyyən edildiyini, yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus “VAZ 21093 minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, borclular Borclu, X2 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin tələbinə əsasən, məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Bunlardan hər hansı biri olmadıqda, məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1 və 6.1.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarları əsasında verilən icra vərəqələri icra sənədi sayılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, icra sənədi sayılan və yuxarıda qeyd edilən icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərardan isə o da aydın olur ki, borclulara tələbin 10 gün müddətində könüllü surətdə icra olunması təklif olunmuşdur. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, tələbin könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunması sübuta yetirilir. İş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən edilir ki, hazırki vəziyyətdə məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsində qeyd olunan əsaslar mövcuddur. Tətbiq ediləcək məcburi icra tədbirinin növünə gəldikdə isə məhkəmə bildirir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin növləri qeyd edilmişdi. Həmin Qanun 43.1.1-ci maddəsindən aydın olur ki, bu tədbirlərdən biri də icra xidmətinin borclunun barəsində tətbiq edilməsini istədiyi onun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. İş materiallarına əlavə olunmuş Elektron icra informasiya sistemindən çıxarılmış xx.xx.2024-cü il tarixə olan məlumatdan müəyyən edilir ki, ban nömrəsi XTA210930S1666685 nömrəsi ilə qeyd olunmuş “VAZ 21093 minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. Borclu məxsus “ban nömrəsi XTA210930S1666685 nömrəsi ilə qeyd olunmuş “VAZ 21093 minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğuna görə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş əmlakın üzərinə həbs qoyulması haqqında təqdimat təmin olunmalı və əmlak üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunmalı; - Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1587/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx xxxx 1993-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu məxsus “VAZ 21093 minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1587/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu xx xxxx 1993-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu məxsus “VAZ 21093 minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardaddan, qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar