Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-10/2025 18.02.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, X1 “indeksasiyanın həyata keçirilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 2941/2024 saylı qətnaməsi ilə təyin edilmiş aliment miqdarının 2025ci il üzrə minumum əmək haqqına (400) münasibətdə indeksasiya edilməsinə dair Qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən edir ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, ərizəçi Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 2941/2024 saylı qətnaməsi ilə təyin edilmiş aliment miqdarının indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Alimentin indeksasiyası həmin qətnaməni çıxarmış məhkəmədə həyata keçirilməli olduğundan ərizəçi Abşeron Rayon Məhkəməsinə müraciət etməliydi. Ona görə də, məhkəmə qeyd edir ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verildiyindən, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda ərizəyə baxılması ərazi adiyyətinə görə Abşeron Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, ərizəçiyə həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “indeksasiyanın həyata keçirilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 izah olunsun ki, Alimentin indeksasiyası ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №8(080)-10/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-10/2025
18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver