Məhkəmə qərarları › İş №8(080)-12/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-12/2024

18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-12/2024 18.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X7 Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi X1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 09 dekabr 2024-cü il tarixli təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev təqdimatla məhkəməyə müraciət etmiş, borclu Ordubad rayonu Dırnıs kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-2941/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci ildədə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 235 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Naxçıvan MR ƏN Ordubad Rayon icra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün Ordubad Rayon İcra və Probasiya bölməsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən də icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi X1 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X5 və Borclu məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarın və borclunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs M.Quliyevin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, aliment borcu var.Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə Ordubad rayonu Dırnıs kəndində doğulmuş və qeydiyyatda olan Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar