Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-13/2022 11.04.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyevin iştirakı ilə, Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 11 mart 2022-ci il tarixli təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev təqdimatla məhkəməyə müraciət etmiş, borclu Ordubad rayonu Vələver kəndində qeydiyyatda olan Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir . Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev təqdimatını onunla əsaslandırmışdır ki, Naxçıvan MR Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(080)-120/2020-009 nömrəli, 26.11.2020-ci il tarixli icra sənədinə əsasən 20.11.1995-ci ildə Ordubad rayon Vənənd kəndində anadan olmuş və Ordubad rayon Vənənd kənd ünvanında qeydiyyatda olan və yaşayan Borclu oğlundan 1000 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. 27 yanvar 2021-ci il tarixdə icra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu oğluna tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu oğlu icra sənədi üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, onun aliment borcu var. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev Borclu oğlunun Tələbkar borclu olduğu 1000 ABŞ dolları məbləğində borcunu ödədiyindən Borclu oğlunun barəsində olan Ordubad Rayon İcra və Probasiya bölməsinin 11 mart 2022-ci il tarixli təqdimatının geri qaytarılmasının barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və tələbkar Tələbkar məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələbinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarın və borclunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyevin təqdimatın geri qaytarılması barədə ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 11 mart 2022-ci il tarixli təqdimatı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 13.4, 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 21.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat geri qaytarılsın. Ordubad Rayon İcra və Probasiya bölməsinin 20.11.1995-ci ildə Ordubad rayon Vənənd kəndində anadan olmuş borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 11 mart 2022-ci il tarixli təqdimatı Ordubad Rayon İcra və Probasiya bölməsinə geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(080)-13/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-13/2022
11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver