Məhkəmə qərarları › İş №8(080)-14/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-14/2022

26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-14/2022 26.04.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 oğlunun məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərovun iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 11 aprel 2022ci il tarixli təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov təqdimatla məhkəməyə müraciət etmiş, borclu Ordubad şəhəri Ə. Ağayev küçəsi mənzil 2 ünvanında qeydiyyatda olan Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov təqdimatını onunla əsaslandırmışdır ki, Tələbkar qızının aliment tələbinə dair Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(080)-34/2018 nömrəli, 08.02.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1966-cı ildə anadan olmuş və Ordubad şəhəri Ə. Ağayev küçəsi mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar qızının xeyrinə ödənilməsini və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 2(108)-177/2018-ci il tarixli icra sənədinə əsasən Borclu oğlundan qızıl zinət əşyalarının dəyəri olan 4050 manatın tutularaq Tələbkar verilməsi barədə icra sənədi verilmişdir. Aliment borcu ilə bağlı icra sənədi 17 avqust 2018-ci il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuş, 17 avqust 2018-ci il il tarixdə icra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş, və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 2(108)-177/2018-ci il tarixli icra sənədinə əsasən isə 13 yanvar 2020-ci il il tarixdə icra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilərək məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu oğluna tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Borclu oğlu icra sənədi üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, onun aliment və qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi üzrə borcu var. Borclu Borclu oğlunun bu günə kimi 4800 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkar qızına məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarın və borclunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs T. Səfərovun izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxtı barədə məlumatlandırılmış, lakin Borclu tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, aliment və qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi üzrə borcu var. Bu səbəbdən də Borclu oğlunun ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1966-ci il tarixdə Ordubad şəhəri Ə. Ağayev küçəsi mənzil 2 ünvanında anadan olmuş, Ordubad şəhəri Ə. Ağayev küçəsi mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar