Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-15/2022 26.04.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərovun iştirakı ilə, Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 11 aprel 2022-ci il tarixli təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov təqdimatla məhkəməyə müraciət etmiş, borclu Ordubad rayonu Dəstə kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov təqdimatını onunla əsaslandırmışdır ki, Tələbkar qızının aliment tələbinə dair Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin 2(080)-58/2021-007 nömrəli, 18 mart 2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1985-cı ildə anadan olmuş, Ordubad rayonu Dəstə kəndində qeydiyyatda olan və yaşayan Borclu 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar qızının xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 03 may 2021-c il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuş, 03 may 2021-ci il tarixdə icra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu oğluna tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu oğlu icra sənədi üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, onun aliment borcu var. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov oğlunun təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Tələbkar və Borclu məlumat verilmiş, lakin tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarın və borclunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs T.Səfərovun izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu Həbi oğlu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu oğlu tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, aliment borcu var.Bu səbəbdən də Borclu oğlunun ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1985-cı ildə Ordubad rayonu Dəstə kəndində anadan olmuş, Ordubad rayonu Dəstə kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev NAXÇİVAN MUXTAR RESPUBLİKASİ ORDUBAD RAYON MƏHKƏMƏSİ Borclu: X2 Ünvan: Ordubad Rayon Çənnəb kəndi. Tələbkar: X1 Ünvan: Culfa şəhəri, M Əsgərov ev 16 mənzil 3 Ordubad Rayon İcra və Probasiya Bölməsinin rəisi Məcnun Quliyevə Ordubad Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(080)-13/2021 nömrəli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad 02 vərəqədə Hakim : Tural Haqverdiyev 30 avqust 2021-ci il № 8(080)-13/2021 NAXÇİVAN MUXTAR RESPUBLİKASİ ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon İcra və Probasiya Bölməsinin rəisi Məcnun Quliyevə Ordubad Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(080)-13/2021 nömrəli qərardadı qanuni qüvvəsini aldığından icrası üçün Sizə göndərilir. Qoşma: Qərardad 02 vərəqədə Hakim : Mehrab Məmmədov 01 iyul 2021-ci il № 8(080)-7/2021
Məhkəmə qərarları › İş №8(080)-15/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-15/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver