Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-16/2022 26.04.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyevin iştirakı ilə, Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 06 aprel 2022-ci il tarixli təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev təqdimatla məhkəməyə müraciət etmiş, borclu ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir . Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev təqdimatını onunla əsaslandırmışdır ki, Naxçıvan MR Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(080)-81/2021-005 nömrəli, 07.05.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1984-ci ildə Ordubad şəhəri Təbriz küçəsi 20 ünvanında anadan olmuş və ünvan 1 Borclu oğlundan 1716 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. 24 iyun 2021-ci il tarixdə icra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu oğluna tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu oğlu icra sənədi üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış və onun 1716 manat məbləğində borcu var. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu oğlu və tələbkar Tələbkar məlumat verilmiş, Borclu oğlu məhkəmə iclasına gəlmiş və 1716 manat məbləğində borcunu ödəyəcəyini ifadəsində bildirmişdir.Tələbkar isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs M.Quliyevin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxtı barədə məlumatlandırılmış, lakin Borclu tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 1716 manat borcu var. Bu səbəbdən də Borclu oğlunun ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə ünvan 2 ünvanında anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu oğlunun ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(080)-16/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-16/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver