Məhkəmə qərarları › İş №8(080)-18/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-18/2025

12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-18/2025 12.05.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi, kiçik ədliyyə müşaviri X4 iştirakı ilə Ordubad Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e- 2(080)-239/2024 saylı qətnaməsi ilə nəzərdə tutulan 5776 manat borcdan geriyə qalan 5276 manatın hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi və X5 üzrində olan axtarışın götürülməsi ilə bağlı X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ordubad Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2(080)-239/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG BUDS qulaqlıq, SAMSUNG CHARGER, İmei kod **********53198 SAMSUNG GALAXY S23+ markalı telefon üçün, 2770.58 (iki min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 673.42 (altı yüz yetmiş üç manat qırx iki qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, Mei kod **********91214 SAMSUNG GALAXY S23+markah telefon, 2 ədəd VİNİL MAT, SAMSUNG CLEAR CASE üçün, 2060 (iki min altmış) manat ödənilməmiş hissə, 610 (altı yüz on) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********75561 SAMSUNG GALAXY TAB S6 planşet üçün 534.96 (beş yüz otuz dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 148.04 (yüz qıi’x səkkiz manat dörd qəpik) manat dəbbə pulu, ümumilikdə 6797 manat borc, 87.97 manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Ordubad Rayon İcra və Probasiya bölməsinə göndərilmişdir. 03 dekabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş, həmçinin 03 dekabr 2024-cü il tarixdə Q.Babayevə göndərilmiş, icra sənədinin icra edilməsi ondan tələb edilmişdir. İcra sənədi üzrə X1 ərizə ilə məhkəməyə müraciət edərək, Ordubad Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2(080)-239/2024 saylı qətnaməsi ilə nəzərdə tutulan 5776 manat borcdan geriyə qalan 5276 manatın hər ay 300 manat olmaqla hissəhissə ödənilməsi və Q.Babayevin axtarışın götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC ona qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG BUDS qulaqlıq, SAMSUNG CHARGER, İmei kod **********53198 SAMSUNG GALAXY S23+ markalı telefon üçün, 2770.58 (iki min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 673.42 (altı yüz yetmiş üç manat qırx iki qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, Mei kod **********91214 SAMSUNG GALAXY S23+markah telefon, 2 ədəd VİNİL MAT, SAMSUNG CLEAR CASE üçün, 2060 (iki min altmış) manat ödənilməmiş hissə, 610 (altı yüz on) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********75561 SAMSUNG GALAXY TAB S6 planşet üçün 534.96 (beş yüz otuz dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 148.04 (yüz qıi’x səkkiz manat dörd qəpik) manat dəbbə pulu, ümumilikdə 6797 manat borc, 87.97 manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləki Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin İş N« e-2(080)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X2 xx.xx.2023-cu il tarixli 14063943 nömrəli müqavilə üzrə 2770.58 manat ödənilməmiş məbləğ, 185 manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli 14064507 nömrəli müqavilə üzrə 2060 manat ödənilməmiş məbləğ, 181 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli 03924297 nömrəli üzrə 534.96 manat ödənilməmiş məbləğ 44.46 manat dəbbə pulu olmaqla, ümumilikdə 5776 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmiş, ödənilmiş 87.97 manat dövlət rüsumunun 77,76 manat hissəsi cavabdeh X2 alınaraq iddiaçı «ABC Telecomu MMC-yə ödənilməsi, qalan 10.21 manat hissəsi isə iddiaçı «ABC Telecomn MMC-yə aid edilmişdir. Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin İş Ns e- 2(080)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra o həmin 5776 manat borcdan 100 manat 2024-cü ilin noyabr ayında, 400 manat isə 2025- ci ilin yanvar ayında ödəmiş, hal-hazırda isə 5276 manat borcu qalmışdır və borc səbəbindən axtarışa verilmişdir. Hal-hazırda 5276 manat qalan borcu bir dəfəyə ödəməyə imkanı yoxdur, borcun hissə-hissə ödənilməsini xahiş edir. Çünki axtarışda olduğu üçündə işləyə bilmir və borcu qaytara bilmir. Borcun müəyyən hissələrlə öədnilməsinə gücü çatır. Naxçıvan MR. Ordubad Rayon Məhkəməsinin e-2(080)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nəzərdə tutulan 5776 manat borcdan geriyə qalan 5276 manatın hər ax 300 manat olmaqla hissə-hissə ödənilməsi və üzərində olan axtarışın götürülməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş, borclu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Ordubad Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, axtarışda olduğu və şəxsiyyət vəsiqəsi istifadə edə bilmədiyi üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə borclu Q.Babayevin və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Məcnun Quliyev bildirmişdr ki, Naxçıvan MR Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(080)-239/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası Qida X3-X11 ******* saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən X2 5853.76 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinin xeyrinə 410 manat icra ödənişi və 4200 manat inzibati cərimə dövlət büdcəsinə və 295 manat icra ödənişi ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Maraqlı şəxsnə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönləndirilmişdir. Həmin qərar və tələblərin könüllü icrası barədə bildirişdə X1na tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. X1 icra sənədləri üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, onun borcu vardır. X9 cəmi bir dəfə 400 manat məbləğində ödəniş etmişdir. X1 icra sənədləri üzrə ödənişlərini ödəmədiyi üçün 13 fevral 2025-ci il tarixdə X9 barəsində axtarış elan edilməsi barəsində qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, borcu qətnaməni icra edəcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Yəni borcun hər ay 300 manat ödənilməklə tam ödənilməsi tələbkarın mənafeyinə ziddir, buna görə də ərizə rədd edilməlidir. “Məhkəmə qətnaməsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-cı il tarixli, 4 saylı qərardadından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üslubunun və ya qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanunun mənasına və məzmununa görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətini və digər halları nəzərə alaraq qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mənafeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissəhissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyəti və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Məhkəmə hesab edir ki, Ordubad Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2(080)-239/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş borcu Q.Babayev tam ödəmədiyindən barəsində xx.xx.2025-ci il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi, kiçik ədliyyə müşaviri X10 Q.Babayev barəsində borclunun axtarışı haqqında qərar qəbul edərək qərarın icra edilməsi üçün Ordubad rayon Polis Şöbəsinə göndərmişdir. Bundan sonra isə X1nun borcunu hər ay 300 manat miqdarında ödəməsi bütövlükdə borcun ödənilməsinin uzun müddətdə başa çatması deməkdir. Bu isə tələbkarın mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı Ordubad Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2(080)-239/2024 saylı qətnaməsi ilə nəzərdə tutulan 5776 manat borcdan geriyə qalan 5276 manatın hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi və X5 üzərindən axtarışın götürülməsi ilə bağlı X1nun ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar