Məhkəmə qərarları › İş №8(080)-25/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-25/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-25/2025 05.06.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Sahil Mirzəlinin, Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 30 may 2025-ci il tarixli təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Sahil Mirzəli təqdimatla məhkəməyə müraciət etmiş, borclu ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir . Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Sahil Mirzəli təqdimatını onunla əsaslandırmışdır ki, 08.01,2025-ci il tarixli qərarla icraata başladığım Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(123)-165/2024- 049 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manat alınıb tələbkar “Kapital Bank" ASC-yə ödənilməlidir. Borclu Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləği alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına, təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləği alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına, Tələbkar tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğ Borclu alınıb "xxxx" ASC-nin xeyrinə, İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 156,98 (bir yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 98,20%-ə mütənasib olaraq 154,15 (bir yüz əlli dörd manat on beş qəpik) manat məbləği alınıb dövlət gəlirlərinə və X3 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin Borclu könüllü icra müddəti ərzində tələbi təmin etmədiyindən 1571 (min beş yüz yetmiş bir) manat məbləğində icra ödənişi alınmalıdır. Yuxarıda qeyd olunan icra sənədi 08.01,2025-ci il tarixində Naxçıvan MR ƏN Ordubad Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir Həmin tarixdən bu vaxta kimi Borclu pensiya məbləğindən hər ay 170 (yüz beş) manat pul vəsaiti tutulsa da icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Sahil Mirzəli təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu X4 və tələbkar "xxxx" ASC-yə məlumat verilmiş, Borclu məhkəmə iclasına gəlməmiş lakin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etmiş və bildirmişdir ki, nümayəndəsi olduğu X1, tələbkar Kapital Bank” ASC-yə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manat borcu var. Borclu pensiya məbləğindən hər ay 170 (yüz beş) manat pul vəsaiti tutulur,lakin Borclu borcu tam ödəməyə imkanı yoxdur. Məhkəmədən köməklik göstəriləmsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs S.Mirzəlinin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxtı barədə məlumatlandırılmış, pensiya məbləğindən hər ay 170 (yüz yetmiş ) manat pul vəsaiti tutulmuş, lakin borclu X4 tələbi tam təmin etməmiş, icra hərəkətlərini tam həyata keçirməmiş, tələbkar Kapital Bank” ASC-yə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1958-ci ildə ünvan 2 ünvanında anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar