Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-29/2025 08.08.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ,Borclu Məhəmmədhüseyn oğlunun iştirakı ilə,ərizəçi Əliyeva (Yunuslu) Nuray Səxavət qızının “alimentin indeksasiya olunması” barədə ərizəsinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Əliyeva (Yunuslu) Nuray Səxavət qızı ərizə ilə məhkəməyə müraciət edərək Ordubad rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(080)-214/2024 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qət edilmiş 140 manat sabit məbləğdə alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını xahiş etmişdir. Ərizəçi Əliyeva (Yunuslu) Nuray Səxavət qızı ərizəsində bildirmişdir ki, cavabdeh Borclu Məhəmmədhüseyn oğlu ilə xx.xx.2014-cü il tarixdə Ordubad Rayon Vənənd kənd İƏDÜ nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Bizim həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı övladlarımız doğulmuşdur. Lakin aramızda olan nikah xx.xx.2024-cü il tarixdə Ordubad rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 mənim yanımda saxlanılmışdır. Biz əvvəlcədən Borclu Məhəmmədhüseyn oğlu ilə övladlarımız X5 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentlə bağlı X1 razılaşıb bu barədə barışıq sazişi bağlasaq da Borclu Məhəmmədhüseyn oğlu sazişin tələblərinə sonradan əməl etmədiyi üçün mən “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi” haqqında ərizə ilə Ordubad rayon Məhkəməsinə müraciət etdim. Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-214/2024cü il nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat cəm olaraq 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Borclu Məhəmmədhüseyn oğlundan alınıb mənə verilməsi qət olundu. Hazırda müəyyən olunmuş həmin aliment məbləği övladlarımın saxlanılması üçün kifayət etmir. Həmin dövrdə minimum əmək haqqı 350 manat olmuşdur, lakin hazırda Ali Məhkəmənin Plenumunun qərarı çıxarılmışdır ki, həmin qərarda da alimentin artırılması deyil, indeksasiyası nəzərdə tutulmuşdur. Hazırda minimum əmək haqqı 400 manat təşkil edir. Bu səbəbdən də Ordubad rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(080)-214/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş 140 manat məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını məhkəmədən xahiş edir. Ərizəçi Əliyeva (Yunuslu) Nuray Səxavət qızına məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə müraciət edərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə “alimentin indeksasiya olunması” tələbi barədə ərizəyə, ərizəçinin iştirakı olmadan baxmışdır Məhkəmə iclasında iştirak edən Borclu Məhəmmədhüseyn oğlu ərizə ilə tanış olduğunu və övladları 22 sentyabr 2015-ci il təvəllüdlü X3 və 26 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qət edilmiş 140 manat sabit məbləğdə alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasına etiraz etmədiyini bildirmişdir. Ərizəyə əlavə edilmiş: -Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-214/2024 saylı qətnamənin surətindən görünür ki, Əliyeva (Yunuslu) Nuray Səxavət qızının Borclu Məhəmmədhüseyn oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Borclu Məhəmmədhüseyn oğlundan 22 sentyabr 2015-ci il təvəllüdlü X3 və 26 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına (on səkkiz yaşına) çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Əliyeva (Yunuslu) Nuray Səxavət qızının xeyrinə ödənilməsi, alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPMin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmçinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-ci il tarixdən 345 manat müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-214/2024 saylı qətnaməsi ilə tutulan 140 manat məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 140 manat məbləğində alimentin 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqının 0.40 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli,ərizəçinin alimentin 2025-ci ilin yanvar ayından başlayaraq indeksasiya olunması tələbi isə rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli qərarının, 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Beləliklə Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(080)-214/2024 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu Məhəmmədhüseyn oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment alınaraq Əliyeva (Yunuslu) Nuray Səxavət qızına ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 14.11. 2024-cü il tarixli 2(080)-214/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 30 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Məhəmmədhüseyn oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment alınaraq Əliyeva (Yunuslu) Nuray Səxavət qızına ödənilsin. Ərizə digər hissədə rədd edilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(080)-29/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-29/2025
08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver