Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-34/2025 10.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Tələbkar, Ordubad rayon İcra və probasiya bölməsinin rəisi,İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilməsinə dair Borclu ərizəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 saylı qətnaməsinə əsasən Tələbkar Ordubad rayon Dəstə kəndində yerləşən Naxşıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrəli ilə xüsusi mülkiyyətində olan 0.1196 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikiliyə qanunsuz sahiblik edən Borclu məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikilidən istifadə olunmasına Borclu qadağan edilməsi qət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu məlumat verilmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Ərizəçinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 saylı qətnamə qanuni qüvvəsini alaraq, icra olunmaq üçün Ordubad rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Borclu şəxs olaraq Azərbaycan Respublikasının adında çıxarılmış məhkəmə qətnaməsinin icrasından yayınmaq fikri yoxdur. Lakin hazırda maddi vəziyyətinin ağır olması, başqa yaşayış yerinin olmaması, özünün Dəstə kənd tam orta məktəbində xadiməçi işləməsi, 367 manat əmək haqqı almağı səbəbindən başqa bir kirayə evə çıxa bilmir. Valideynlərinin yaşadığı ev isə 2 otaqdan ibarətdir. Atası, anası, nişanlı qardaşı yaşayırlar. Eyni zamanda bu ilin oktyabr ayında qardaşı ailə qurub ailə qurduğu xanımı həmin evə gətirmək məcburiyyətindədir. Ona görədə valideynlərinin yaşadığı evdə bu qədər insanın yaşaması qeyri-mümkündür. Qeyd etdiyi bu səbəblərdən də sözügedən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar haliyədə həmin evdən çıxa bilmir. Tələbkar qızaa qarşı Ordubad Rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlaka çəkilmiş xərcin yarisinin ondan tutularaq ona ödənilməsi tələbinə dair iddia qaldırmış, haliyədə iş məhkəmənin icraatındadır. Ona görədə həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 saylı qətnaməsinin icrasına 06 ay müddətinə möhlət verilməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar icra sənədinin icra olunmasına möhlət verilməsinə razı olmadığını bildirdi. Həmçinin göstərdi ki, qanunda möhlət verilməsi üçün 10 gün müddət nəzərdə tutulmuşdur. Bundan da artıq borcluya müddət verilmişdir. Lakin borclu 5 ildir evdən çıxmır.Onlar isə həyat yoldaşının ata evində qaynının ailəsi ilə birlikdə yaşayırlar. Həmçinin borclu məhkəmə qərarlarından şikayətlər edərək işi xeyli yubatmışdır. Ərizənin rədd edilməsini məhkəmədən xahiş edir. Ordubad rayon İcra və probasiya bölməsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X3 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə edilmiş Ordubad Rayon Məhkəməsinin 01.03. 2024-cü il tarixli, 2(080)-201/2023 saylı icra vərəqəsindən görünür ki, Tələbkar Ordubad rayon Dəstə kəndində yerləşən Naxşıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrəli ilə xüsusi mülkiyyətində olan 0.1196 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikiliyə qanunsuz sahiblik edən Borclu məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikilidən istifadə olunmasına Borclu qızma qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” sistemindən görünür ki, Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsindən Borclu tərəfindən apellyasiya şikayəti verilmiş və Naxçıvan MR Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(108)-134/2024 saylı Qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və həmin qərardan cavabdeh Borclu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-568/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(108)- 134/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin işdən görünür ki, Borclu isə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün əsas ola biləcək hər hansı hallara dair məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Borclu ərizəsinin təmin olunması üçün əsas ola biləcək müstəsna hallara dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Borclunun ərizəsində göstərdiyi hallar qətnamənin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Digər tərəfdən, “Elektron Məhkəmə” sistemindən müəyyən olunur ki, Tələbkar ilə Borclu arasında mübahisə 2023-cü ildən davam edir ki, qətnamənin icrasına möhlət verilməsi mülkiyyətçi (tələbkar) Tələbkar mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Nəticədə, ərizəni əsaslı saymayan məhkəmə Tələbkar mənafeyini də nəzərə alır. Həmçinin tələbkar tərəfindən məhkəməyə icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı razılıq əldə olunmasına dair ərizə daxil olmamışdır. Əksinə tələbkar məhkəmə zamanı izahatında icra sənədinin icrasına möhlət verilməsinə razı olmadığını, ərizənin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Borclu Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023cü il tarixli, 2(080)-201/2023 saylı qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Borclu Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 saylı qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(080)-34/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-34/2025
10.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver