Məhkəmə qərarları › İş №8(080)-47/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-47/2025

14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-47/2025 14.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Tələbkar aliment miqdarının indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-10/2023 saylı qətnaməsi ilə xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 120 manat miqdarında alimentin Borclu tutularaq uşağın anası Tələbkar ödənilməsi qət edilmişdir. «06» noyabr 2025-cü il tarixdə Tələbkar Ordubad Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-10/2023 saylı qətnaməsi ilə xx.xx.2021 -ci il təvəllüdlü X1 onun yanında qalması və xx.xx.2023- cü il tarixdən başlayaraq xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq ona ödənilməsi qət edilmişdir.Ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanım kifayət etmir. Övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir.Bu səbəbdən də Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-10/2023 saylı qətnaməsi ilə xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 120 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın və borclunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Tələbkar tərəfindən verilən ərizədən aydın olur ki, tələb aliment miqdarının indeksasiyası, yəni sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsinin icra qaydasının qaydasının dəyişdirilməsi ilə bağlıdır. İş materiallarına əlavə olunmuş Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-10/2023 saylı qətnaməsi ilə xx.xx.2021 -ci il təvəllüdlü X1 onun yanında qalması və xx.xx.2023- cü il tarixdən başlayaraq xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq uşağın anası Tələbkar ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə nəzərdə tutulur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmiş və 2025-ci ilin yanvar ayının 1-nə qədər eynilik təşkil etmişdir. Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-10/2023 saylı qətnaməsi ilə xx.xx.2021 -ci il təvəllüdlü X1 onun yanında qalması və xx.xx.2023- cü il tarixdən başlayaraq xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq uşağın anası Tələbkar ödənilməsi qət edilmişdir. Belə olan halda yuxarıda göstərilən maddi hüquq normaları tələbkarın ərizəsi ilə birlkdə nəzərə alınmaqla belə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi nəzərə alınmaqla indeksasiya icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada indeksasiya aparılmalı, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-10/2023 saylı qətnaməsi ilə xx.xx.2021 -ci il təvəllüdlü X1 onun yanında qalması və xx.xx.2023- cü il tarixdən başlayaraq xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,35 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. - 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(080)-10/2023 saylı qətnaməsi ilə xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay tutulan sabit məbləğdə 120 manat aliment 06 noyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində indeksasiya edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar