Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-48/2025 21.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, Tələbkar aliment miqdarının indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(108)-158/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yetkinlik yaşma çatmamış xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə hər bir uşaq üçün 160 manat, iki uşağa birlikdə 320 manat miqdarında alimentin Borclu tutularaq uşağın anası Tələbkar ödənilməsi qət edilmişdir. «12» noyabr 2025-cü il tarixdə Tələbkar Ordubad Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Borclu ilə 07 oktybar 2016-cı il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailə münasibətləri normal olmadığından nikahları xx.xx.2024-cü il tarixdə Ordubad rayon Məhkəməsinin 2(080)-91/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə xx.xx.2018- ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun yanında qalmaqla, yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 120 manat olmaqla, iki uşağa birlikdə 240 manat alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra o, Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-91/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Ordubad rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmiş, Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(108)-158/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-91/2024 nömrəli qətnaməsinin qət etdi hissəsində dəyişiklik edilərək xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 160 manat olmaqla, iki uşağa birlikdə 320 manat alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda Məhərrəmin ödədiyi 320 manat aliment övladlarının saxlanılmaları üçün kifayət etmir. Qızları böyüyüb, orta məktəbə gedirlər, onların zəruri tələbatları günü-gündən artmaqdadır. Ərizəçi Tələbkar heç bir yerdə işləmir, əlavə gəlir yeri yoxdur. Övladlarının tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Məhərrəm övladlarının tələbatlarını qarşılamağa lazimi köməklik göstərmir. Bu səbəbdən də aliment məbləğinin indeksasiya olunmasını istəyir. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(108)-158/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yetkinlik yaşma çatmamış xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə hər bir uşaq üçün 160 manat, iki uşağa birlikdə 320 manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına indeksasiya olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın və borclunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Tələbkar tərəfindən verilən ərizədən aydın olur ki, tələb aliment miqdarının indeksasiyası, yəni sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsinin icra qaydasının qaydasının dəyişdirilməsi ilə bağlıdır. İş materiallarına əlavə olunmuş Ordubad Rayon Məhkəməsinin 2(080)-91/2024 saylı qətnaməsi ilə xx.xx.2018- ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, umumilikdə 240 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq uşağın anası Tələbkar ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(108)-158/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-91/2024 nömrəli qətnaməsinin qət etdi hissəsində dəyişiklik edilərək xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 160 manat olmaqla, iki uşağa birlikdə 320 manat alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə nəzərdə tutulur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmiş və 2025-ci ilin yanvar ayının 1-nə qədər eynilik təşkil etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(108)-158/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-91/2024 nömrəli qətnaməsinin qət etdi hissəsində dəyişiklik edilərək xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 160 manat olmaqla, iki uşağa birlikdə 320 manat alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Belə olan halda yuxarıda göstərilən maddi hüquq normaları tələbkarın ərizəsi ilə birlkdə nəzərə alınmaqla belə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi nəzərə alınmaqla indeksasiya icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada indeksasiya aparılmalı, Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-91/2024 nömrəli qətnaməsinin qət etdi hissəsində dəyişiklik edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(108)-158/2024 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 onun yanında qalması və xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat alimentin miqdarının 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,46 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. - 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 232, 267-269-cu maddələrini maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(108)-158/2024 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün tutulan sabit məbləğdə 160 manat aliment 12 noyabr 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.46 misli miqdarında indeksasiya edilsin. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(080)-48/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-48/2025
21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver