Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-52/2025 11.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X5 iştirakı ilə,Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin 21 noyabr 2025-ci il tarixli təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət etmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X6 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığım Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(123)-167/2025-051 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə icra sənədi üzrə borclular Borclu, X2 və X1 əsas borc üzrə 21183.81 manat, faiz borcu 1130.02 manat olmaqla, ümumilikdə 22313.83 manat pul tələbi və 156.94 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınıb Tələbkar3 QSC-nə,və 60 manat ekspertiza xərci dövlət büdcəsinə ödənməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatıma daxil olmuş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-223/2025-047 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclular Borclu, X2 və X3 müştərək qaydada 23396,58 manat pul tələbi və 160.18 manat dövlət rüsumu alınıb Tələbkar1 Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə, 60 (altmış) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinə ödənməlidir. xx.xx.2025-ci il tarixdə icraatıma daxil olmuş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-203/2025-031 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ümumilikdə 17493,13 manat alınıb tələbkar "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə, 60 (altmış) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinə ödənməlidir. Ordubad rayon Notariat ofisinin 8İ-417 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu BRED5030277A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 586 manat 50 qəpik əlavə Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 611 manat 50 qəpik tululub Kapital Bank ASC-nin hesabına ödənməlidir. Borclu Bumml 162417B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1472.68 manat Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1497.68 manat məbləğində pul tululub Kapital Bank ASC-nin hesabına ödənməlidir. Yuxarıda qeyd olunan icra sənədləri göstərilən vaxtlarda Naxçıvan MR ƏN Ordubad Rayon icra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası heç bir şəkildə təmin olunmamışdır. Borclu Aydin oğlu hal-hazırda axtarışdadır. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X6 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və tələbkarlar Tələbkar3 QSC-nə, Kapital Bank ASC-nə, Tələbkar1 Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarların və borclunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs T.Səfərovun izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, borclu X7 tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, hazırda tələbkarlar Tələbkar3 QSC-nə, Kapital Bank ASC-nə, Tələbkar1 Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx xxxx 1985-cı il tarixdə Ordubad rayon Vənənd kəndində doğulmuş və qeydiyyatda olan Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(080)-52/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-52/2025
11.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver