Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-53/2025 11.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Seyidli Fizzə Elşad qızının katibliyi ilə, Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası barədə ərizəçi Tələbkar ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb:
1. Ərizəçi Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” tələbinə dair ərizə ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı mülki iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə borclu-Borclu ilə birgə nikahımızdan anadan olmuş 30 mart 2011-ci il təvəllüdlü X2, 25 mart 2012-ci il təvəllüdlü X1 və 15 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla hər bir uşaq üçün minimum əmək haqqı (400 manat) məbləğinin 0.37 mislində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tələbin əsaslandığı hallar:
2.Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə aramızdakı nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahımızdan anadan olmuş 30 mart 2011-ci il təvəllüdlü X8, 25 mart 2012-ci il təvəllüdlü X5 və 15 noyabr 2015-ci il təvəllüdlü X9 mənim yanımda qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşaq üçün 110 manat, ümumulikdə 330 manat sabit pul məbləğində aliment Borclu alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda alimentin məbləğinin artırılmasına ehtiyacının olmasını nəzərə alaraq ölkə ərazisində minimum əmək haqqına nisbətdə alimentin məbləğinin artırılmasını zəruri hesab edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə lazımi qaydada ərizəçiyə və borcluya məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Tələbkar məhkəməyə teleqram vuraraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları :
5. Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Tələbkar və Borclu arasında Ordubad rayon Qeydiyyat şöbəsində 17 iyun 2010-cu il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikahın pozulmasından sonra 30 mart 2011-ci ildə doğulmuş X11, 25 mart 2012-ci ildə doğulmuş X10 və 15 noyabr 2015-ci ildə doğulmuş X12, Tələbkar yanında saxlanılması, 30 mart 2011-ci ildə doğulmuş X11, 25 mart 2012-ci ildə doğulmuş X10 və 15 noyabr 2015-ci ildə doğulmuş X12, yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşaq üçün 110 manat, ümumulikdə 330 manat sabit pul məbləğində aliment Borclu alınıb Tələbkar verilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
7. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi:
Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0,37 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
9. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir
Məhkəmənin mövqeyi :
10. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
11. Ərizəçi Tələbkar Borclu qarşı “alimentin məbləğinin indeksasiyası”na dair ərizəsini Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə aliment təyin edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artması ilə əsaslandırmışdır.
12. Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən Borclu 30 mart 2011-ci ildə doğulmuş X11, 25 mart 2012-ci ildə doğulmuş X10 və 15 noyabr 2015-ci ildə doğulmuş X12, yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Ordubad Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(080)- 146/2022 nömrəli qərardadı (müvəqqəti aliment )ilə müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla, alimentin tutulması 07 dekabr 2022-ci il tarixdən hesablansı qət edilmişdir.
13. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır.
14. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
15. Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 300 manat olmuşdur.
16. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manat müəyyən edilmişdir.
17. Göründüyü kimi, 2022-ci ilin dekabr ayında tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmiş, məhkəmə tərfindən uşaqların saxlanılması üçün hər uşağa görə 110 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.37 (110:300) mislini təşkil etmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir.
19. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazır ki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2022-ci ilin dekabr ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.
20. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir.
Nəticə :
21. Beləliklə, məhkəmə qeyd edir ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə təmin edilməli, 30 mart 2011-ci ildə doğulmuş X6, 25 mart 2012-ci ildə doğulmuş X4 və 15 noyabr 2015-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.37 (sıfır tam yüzdə otu yeddi) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: Ərizə təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-146/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. 04 dekabr 2025-ci il tarixdən başlayaraq 30 mart 2011-ci ildə doğulmuş X6, 25 mart 2012-ci ildə doğulmuş X4 və 15 noyabr 2015-ci ildə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.37 (sıfır tam yüzdə otu yeddi) misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Naxçıvan Muxtar Respublikası, Ordubad rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tural Haqverdiyev