Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-60/2025 16.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Sahil Mirzəlinin iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ordubad Rayon İcra və Probasiya bölməsinin təqdimatına Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov təqdimatla məhkəməyə müraciət etmiş, borclu Ordubad Rayon Pəzməri kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir . Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Taleh Səfərov təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığım Naxçıvan MR Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(080)-197/2025-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə İcra sənədi üzrə Borclu 22500 manat məbləğində pulun və 157.50 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Naxçıvan MR ƏN Ordubad Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası heç bir şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, ödəniş olunmadığından icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak etmiş Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru Sahil Mirzəli təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkar məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər.. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə tələbkarın və borclunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxs Sahil Mirzəlinin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxtı barədə məlumatlandırılmış, lakin Borclu tələbi tam təmin etməmiş, icra hərəkətlərini tam həyata keçirməmiş, Tələbkar 22500 manat məbləğində borc pulun və 157.50 manat ödənilmiş dövlət rüsumu olmaqla borcu vardır. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə Ordubad Rayon Pəzməri kəndində kəndində doğulmuş, və Ordubad Rayon Pəzməri kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(080)-60/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-60/2025
16.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver