Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 8(088)-3/2025 02.05.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu X2 Borclu qarşı Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(088)-69/2024 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunmasına dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı X5 02 may 2025-ci il tarixdə ərizə ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək Sədərək rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(088)-69/2024 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-ci il təvəllüdlü X1 üçün qət edilmiş hər uşaq üçün 140 manat iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin icra icraatı qaydasında 2024-cü il üzrə minimum əməkhaqqı məbləğinə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2, 152.2, 152.3, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Borclu qarşı Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(088)- 69/2024 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunmasına dair ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №8(088)-3/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №8(088)-3/2025
02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver