Məhkəmə qərarları › İş №8(089)-1/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-1/2025

23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-1/2025 23.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 borclunun icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsi barədə təqdimatla Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. X3 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon İcra və Probasiya bölməsinə daxil olmuş Culfa Rayon Məhkəməsinin 2(089)-103/2023-014 nömrəli, 11 aprel 2023-cü il tarixli icra sənədinə əsasən, 17 iyun 2022-ci il tarixli, GTGK5812081A132 saylı kredit müqaviləsinə görə 20531.13 manat əsas borc, 2766.26 manat faiz borcu olmaqla, cəmi 23297.39 manat borc, 20 aprel 2022-ci il tarixli, BRED5094544A226 saylı kredit kartına dair müqaviləyə görə 565.42 manat əsas borc, 121.44 manat faiz borcu olmaqla, cəmi 686.86 manat məbləğində pul vəsaiti və 161.95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qeyd edilmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023-012 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədində Borclu 300 manat əsas borc, 99.06 manat faiz borcu, 7.75 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 440.36 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. Həmçinin Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023-008 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədində Borclu 1813 manat əsas borc və 38.13 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1851.13 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. Yuxarıda qeyd olunan icra sənədləri müvafiq olaraq ardıcıllıqla 05 iyun 2023-cü il və 14 dekabr 2023-cü il tarixlərində Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarların surəti bildirişlərlə icra sənədləri üzrə Borclu göndərilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlər Culfa rayon Bənəniyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Borclu təqdim olunmuşdur. Həmin qərar və bildirişlərdə Borclu tələblərin könüllü olaraq təmin edilməsi təklif olunmuşdur. Borclu icra sənədləri üzrə tələbləri təmin etmədiyindən məcburi icra tədbiri olaraq onun ölkədən getmək hüququ Culfa Rayon Məhkəməsinin 8(089)-13/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qərardadına əsasən məhdudlaşdırılmışdır. İcra sənədləri üzrə Borclu Tələbkar ASC-yə 21540.18 manat, "xxxx" KB ASC-nə 440.36 manat, "xxxx" MMC-nə 1251.13 manat pul borcları qalmaqdadır. 25 dekabr 2024-cü il tarixdə borcluya sonuncu xəbərdarlıq edilmiş, 06 yanvar 2025ci il tarixdə bölməyə dəvət edilmiş, o, bölməyə gəlməkdən yayınmış, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş üzrə Borclu, icra məmuru N.İmanova məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 25 dekabr 2024-cü il tarixdə borcluya sonuncu xəbərdarlıq edilmiş, 06 yanvar 2025-ci il tarixdə bölməyə dəvət edilmiş, o, bölməyə gəlməkdən yayınmış, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənədək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-103/2023-014 nömrəli, 11 aprel 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023-012 nömrəli, 13 oktyabr 2023-cü il tarixli və Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023-008 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə xx xxxxx 1983-cü il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olan və yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-103/2023-014 nömrəli, 11 aprel 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-286/2023-012 nömrəli, 13 oktyabr 2023-cü il tarixli və Culfa Rayon Məhkəməsinin 2(089)-284/2023-008 nömrəli, 13 oktyabr 2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə xx xxxxx 1983-cü il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olan və yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Culfa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar