Məhkəmə qərarları › İş №8(089)-11/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-11/2024

27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-11/2024 27.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X1 iştirakı ilə, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X1 borclunun icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Culfa Rayon İcra və Probasiya bölməsinin X2 Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsi barədə təqdimatla Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. X2 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon İcra və Probasiya bölməsinə daxil olmuş Culfa Rayon Məhkəməsinin 2(089)-195/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli icra sənədində Borclu 2887.30 manat məbləğində borcun və 48.87 manat dövlət rüsumunun alınaraq Kapital Bank ASC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədi 29 avqust 2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə Borclu göndərilmiş, tələbin könüllü təmin edilməsi təklif olunmuşdur. Bundan başqa Culfa rayon notariat ofisinin 8i-1700 nömrəli 25 dekabr 2023-cü il tarixli icra sənədi Culfa Rayon İcra və Probasiya bölməsinə daxil olmuş, icra sənədində Borclu 130 manat məbləğində pulun tutularaq BOKT Azpul MMC-yə ödənilməsi qeyd edilmişdir. İcra sənədi 25 dekabr 2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə Borclu göndərilmiş, tələbin könüllü təmin edilməsi təklif olunmuşdur. Borclu dəfələrlə tələbin təmin edilməsi barədə bildiriş təqdim edilməsi üçün Culfa şəhər MİS-ə göndərilmiş, məhkəmə bildirişlərinin qəbul edilməsindən imtina edilmiş, həmçinin Borclu ünvanda olmadığından məhkəmə bildirişlərinin təqdim edilməsi mümkün olmamışdır. Borclu tələblərin təmin etməkdən yayınmışdır. Onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 17 aprel 2024-cü il tarixdə borcluya sonuncu xəbərdarlıq edilmiş, bölməyə dəvət edilmiş, o, bölməyə gəlməkdən yayınmış, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. İş üzrə Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi üçün məhkəmə bildirişi Culfa şəhər MİS-nə göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi Coşqun Əsgərli təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 17 aprel 2024-cü il tarixdə borcluya sonuncu xəbərdarlıq edilmiş, bölməyə dəvət edilmiş, o, bölməyə gəlməkdən yayınmış, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənədək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-195/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli icra sənədinin və Culfa rayon notariat ofisinin 8i-1700 nömrəli 25 dekabr 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxx 1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-195/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli icra sənədinin və Culfa rayon notariat ofisinin 8i-1700 nömrəli 25 dekabr 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxx 1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Culfa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar