Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-12/2025 13.03.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X8 alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(089)-180/2024 nömrəli, qətnaməsi ilə 28 fevral 2015-ci il tarixdə doğulmuş X14 və 01 iyul 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X6 alınaraq ona ödənilən 340 manat məbləğində alimentin icra icraatı qaydasında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, X15 ilə 2012-ci ildə ailə qurmuşlar. Birgə nikahdan 28 fevral 2015-ci il tarixdə X14 və 01 iyul 2017-ci il tarixdə X12 doğulmuşdur. Aralarındakı nikah Culfa Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(089)-180/2024 saylı qətnaməsi əsasında pozulmuş, X6 hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin tutularaq 28 fevral 2015-ci il tarixdə doğulmuş X17 və 01 iyul 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Lakin, ödənilən həmin məbləğ övladlarının saxlanılması üçün kifayət etmir, övladları böyüyüb, onların zəruri maddi tələbatları artmışdır. Bu səbəbdən də aliment məbləğinin artırılmasını zəruri hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və borclu məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Culfa Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(089)-180/2024 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdeh X10 qarşı nikahın pozulması və sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, 28 fevral 2015-ci il tarixdə doğulmuş X14 və 01 iyul 2017-ci il tarixdə doğulmuş X2 Lalə Nurəli qızının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 bir uşaq üçün 170 manat olmaqla, hər ay 340 manat sabit pul məbləğində alimentin alınaraq X9 verilməsi qət edilmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və Culfa Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(089)-180/2024 nömrəli qətnaməsi ilə 28 fevral 2015-ci il tarixdə doğulmuş X14 və 01 iyul 2017-ci il tarixdə doğulmuş X1 üçün qət edilmiş sabit məbləğdə bir uşaq üçün 170 manat miqdarında aliment icra icraatı qaydasında 2024-cü il üzrə minimum əmək haqqına uyğun indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232-ci maddəsi ödənilməli pul məbləğlərinin indeksasiyasına baxılmasını tənzimləyir. Həmin Məcəllənin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Beləliklə məhkəmə hesab edir ki, 2024-cü ildə minimum əmək haqqı 345 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.49 mislini təşkil edir (170:345=0.49). Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Culfa Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(089)-180/2024 nömrəli qətnaməsi ilə 28 fevral 2015-ci il tarixdə doğulmuş X14 və 01 iyul 2017-ci il tarixdə doğulmuş X1 üçün cavabdeh X6 bir uşaq üçün hər ay tutulan sabit məbləğdə 170 manat aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.49 misli miqdarında indeksasiya edilməlidir. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Culfa Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(089)-180/2024 nömrəli qətnaməsi ilə 28 fevral 2015-ci il tarixdə doğulmuş X14 və 01 iyul 2017-ci il tarixdə doğulmuş X1 üçün cavabdeh X6 hər ay bir uşaq üçün tutulan sabit məbləğdə 170 manat aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.49 misli miqdarında indeksasiya edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(089)-12/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-12/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver