Məhkəmə qərarları › İş №8(089)-13/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-13/2024

05.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-13/2024 05.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 27 iyun 2024-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Coşqun Əsgərliyə təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayonu Bənəniyar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Culfa Rayon İcra və Probasiya bölməsinə, Tələbkar1 ASC-yə və Borclu məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə Culfa Rayon İcra və Probasiya bölməsinin, tələbkarın və borclunun iştirakı olmadan baxmışdır. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi Coşqun Ələsgərli təqdimatını onunla əsaslandırmışdır ki, İcraatında olan Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)- 103/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu xx.xx.1983-cü ildə Culfa rayon Bənəniyar kəndində doğulmuş, Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olan Borclu xx.xx.2022-ci il tarixli, GTGK5812081A132 saylı kredit müqaviləsinə əsasən 20531.13 manat əsas borc, 2766.26 manat faiz borcu olmaqla, cəmi 23297.39 manat borc, xx.xx.2022-ci il tarixli, BRED5094544A226 saylı kredit kartına dair müqaviləyə əsasən 565.42 manat əsas borc, 121.44 manat faiz borcu olmaqla, cəmi 686.86 manat məbləğində pul vəsaiti və 161.95 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-284/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 1813 manat əsas borc və 38.13 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1851.13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilən icra sənədləri Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surəti bildirişlə icra sənədləri üzrə Borclu göndərilmişdir. Lakin icra sənədlərində göstərilən tələblər borclu tərəfindən təmin edilməmişdir. Borcluya tərəfimizdən xəbərdarlıqlar edilmişdir. Tələblərin təmin edilməsi üçün Borclu adına əmlak və mülk müəyyən edilməmişdir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, borcu var.Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə Culfa rayon Bənəniyar kəndində doğulmuş və qeydiyyatda olan Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar