Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-16/2024 16.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2024-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X4 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X4 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin e-2(089)-94/2024-006 nömrəli, 17 aprel 2024-cü il tarixli icra sənədi 24 may 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədində Borclu 13250 manat məbləğində borcu və 130 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Tələbkar xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu tələbin könüllü təmin edilməsi təklif olunmuş, lakin icra sənədində göstərilən tələb borclu tərəfindən ümumiyyətlə təmin edilməmiş, borcluya xəbərdarlıqlar edilmişdir. Lakin Borclu oğlu icra sənədi üzrə tələbi təmin etməmiş, Tələbkar 13250 manat məbləğində pul borcu və 130 manat ödənilmiş dövlət rüsumunun əvəzi qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X4 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 13250 manat məbləğində pul borcu və 130 manat məbləğində pul vəsaiti və əvəzi Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X4 həmçinin bildirmişdir ki, Borclu məxsus Culfa rayonunun Saltaq kəndində 0.1684 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr nömrəli fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Lakin icraatda borclu barəsində olan digər-Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-32/2024-055 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən həmin ipoteka predmeti olan Culfa rayonunun Saltaq kəndində olan 0.1684 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr nömrəli fərdi yaşayış evi satılmalı və pul məbləği tələbkar "xxxx" ASC-yə olan borcun ödənilməsinə yönəldilməlidir. Həmçinin Nazirlər kabinetinin xx.xx.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının 1-ci bəndi yeganə mənzilə tələbin yönəldilməsinə imkan verilmədiyini bildirilmuişdir. Borclu icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Borclu ölkə sərhədlərindən kənarda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkar rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də müəyyən olunur ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 13250 manat pul borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Culfa rayonuun Saltaq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №8(089)-16/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-16/2024
16.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver