Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-17/2023 17.08.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X5 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 04 avqust 2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X6 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi C.Əsgərli təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-61/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1973-cü ildə Culfa rayon Bənəniyar kəndində doğulmuş, Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olan Borclu və X2 2869.10 manat məbləğində pul vəsaiti və 48.70 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qeyri-Bank Kredit Təşkilati X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Borclu tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə bildirilmiş və xx.xx.2023-cü il tarixdə bölməyə dəvət olunmuşdur. Lakin bu müddət ərzində Borclu tələbi təmin etməmişdir. Bildirirəm ki, bölmə tərəfindən dəfələrlə rəsmi qaydada və şifahi şəkildə Borclu xəbərdarlıq edilsə də, bölməyə dəvət edilsə də borclu tələbi ümumiyyətlə təmin etməmiş və bölməyə gəlməmişdir. Borclunun 04 avqust 2023-cü il tarixə icra sənədi üzrə müəyyən edildiyi kimi 2869.10 manat məbləğində pul vəsaiti və 48.70 manat ödənilmiş dövlət rüsumu məbləğində pul borcundan bugünkü tarixə 1917.80 manat borc və icra sənədi üzrə məbləğin 7 faiz icra ödənişi qalmaqdadır. İcra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu tələbin könüllü təmin edilməsi təklif olunmuş və ona dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin Borclu icra sənədi üzrə tələbi təmin etməmiş, tələbkar "xxxx" Qeyri-Bank Kredit Təşkilati X3 04 avqust 2023-cü il tarixə 1917.80 manat borc və icra sənədi üzrə məbləğin 7 faiz icra ödənişi qalmaqdadır Borclu icra hərəkətlərinin həyata keçirilməsindən yayındığı və ölkə sərhədlərindən kənara getmək ehtimalının olduğu müəyyən edilmişdir. Onun mülkiyyətində əmlakın olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X6 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 1917.80 manat borcun Borclu kredit borcunun alınması üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və tələbkar "xxxx" Qeyri-Bank Kredit Təşkilati X3 rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 1917.80 manat kredit borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1973-cü ildə Culfa rayon Bənəniyar kəndində doğulmuş, Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(089)-17/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-17/2023
17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver